8 MART

Günorta növbəsində oxuduğum ibtidai sinfin səhərlərini o zamanlar “qruppa” adlandırdığımız uzadılmış dərs saatlarında keçirərdik. 10 qəpiklik birinci yeməyi dövlət pulsuz təqdim edər, ikincini almaq üçün isə valideynlərimiz gündəlik 20 qəpik qoyardı cibimizə. Paralel sinifdə oxuyan, qruppada bir yerdə olduğumuz və dostluq etdiyimiz Rövşənlə 20 qəpiyin 10-nu verməklə supu deyil, ancaq ikinci yeməyi yeyər, beləcə gündəlik… Continue reading 8 MART

Published
Categorized as Digər

QAN BAĞI

Ağıllı telefonlar, yüzlərlə kanallı TV-lər, play stationlar, wifi, internet bəzəməzdi bizim uşaqlıq axşamlarımızı. Ağ-qara TV-dəki bir Bakı, bir də Moskva kanallarına 22:00-dan sonra demək olar baxılmazdı. Əvəzində mehriban söhbətlərimiz vardı ki, içində ən çox sevdiyimiz atamın atasından eşidib bizə təkrar-təkrar danışdığı Qafqaz İslam Ordusu igidlik hekayələri idi. Qədərin cilvəsi, babam bir neçə ay Daşaltıda mövqelənən… Continue reading QAN BAĞI

Published
Categorized as Digər

Lax Vox cihazı ilə səs terapiyası məşqi

Müasir dövrdə səs teli patologiyalarında konservativ müalicəsində dərman preparatları ilə yanaşı müəyyən səs terapiya metodları tətbiq olunur. Onlardan biri də Lax Vox səs terapiyası metodudur.  Bu haqda bir qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Lax Vox cihazı ilə terapiya metodu ilk dəfə Finlandiyalı nitq və səs terapisti Marketta Sihvo tərəfindən tətbiq olunmağa başlamışdır. Lax Vox terapiyası… Continue reading Lax Vox cihazı ilə səs terapiyası məşqi

Səs terapiyası

Bizim səs xəstəliklərində hal-hazırda ən çox icra etdiyimiz müalicə üsullarından biri səs terapiyasıdır. Bu haqda müxtəlif zamanlarda danışmışıq və haqlı olaraq da izləyicilərimizdən sual almışıq. Yəni “Danışdınız da, amma bunu göstərə bilərsinizmi?” Bunu göstərməyə çalışacağıq bu videoda.

“Klinik Vokalogiya” kitabı

Biz öz ixtisasımızı öyrənmək üçün, yenilikləri öyrənmək üçün daimi oxuyuruq. Yəni ki, heç də institutu qurtardıq, ixtisasın təlimini keçdik – bitmədi məsələ. Yəni bir ömür boyu oxumaq məcburiyyətindəyik və oxuyan zaman da doğru ədəbiyyatdan oxumağımız mütləqdir Düzdür, hal-hazırda artıq internetin inkişafı ilə istənilən bir sualı “Google”a yazıb həmən cavabını tapa bilirik, amma bir kağız kitabdan… Continue reading “Klinik Vokalogiya” kitabı

Sinusitdə türkəçarənin rolu

Bu əslinə qalanda çox maraqlı və hər birimizi maraqlandıran bir mövzudur. Yəni “türkəçarə” – belə deyək. Bəlkə də, həmkarlarım belə, bəziləri, yəni həddən artıq radikal olanlar, bəlkə, fərqli baxacaqlar bu dediklərimə. Amma türkəçarə olub, var və olacaq. Biz bundan qaça bilmərik. Türkəçarə nədir? Nədir türkəçarə? Azərbaycanın tanınan ilk həkimi doktor Nəriman idi, düzdürmü? Təxminən 100-120… Continue reading Sinusitdə türkəçarənin rolu

“Müəllim xəstəliyi”

Əslində bunu səslə bağlı soruşurlar. Yəni “Müəllimlərdə olan bir səs xəstəliyi varmı?” və buna qısaca olaraq “müəllim xəstəliyi” deyirlər.  Əslinə qalanda “müəllim xəstəliyi” deyilən bir məfhum yoxdur. Amma nə var? Müəllimlərdə çox tez-tez rast gəlinən səs xəstəlikləri var. Bunlar daha çox nələrdir? Əgər səsdən yanlış istifadə ediriksə, səsə çox güc veririksə, səsi çox yükləyiriksə, bu… Continue reading “Müəllim xəstəliyi”

Mutasion disfoniya

Mutasion disfoniya çox önəmli bir problemdir. Bu daha çox cinsi yetkinlik dövründə oğlanların səsində olan problemdir. Biz nə deyirik? Mutasion, yəni mutasiya dövründə ortaya çıxan “disfoniya” və ya “mutasion falset” də deyirik buna. Bizim müəyyən yaşdan sonra bədənimizdə müxtəlif hormonal dəyişikliklər olur. Biz artıq “kişiləşməyə” başlayırıq, “amma səsimiz belə qalır, bu cürə danışırıq”, yəni “qız… Continue reading Mutasion disfoniya

Burun əti problemi qulaqda problem yarada bilərmi?

Çox böyük hallar da var, bəli. Nə olur uşaqlarda? Deyək ki, bir kəskin otit, hətta kəskin otitdə belə bəzən burun ciddi, bəzən yox ümumiyyətlə burun ciddi rol oynayır. Nə olur? Biz normal zökəm oluruq, burnumuz axmağa başlayır, kəskin respirator bir infeksiya olur, virus infeksiyası ola bilər, bakteriyal infeksiya ola bilər, fərqi yoxdur. Əgər vaxtında müalicə… Continue reading Burun əti problemi qulaqda problem yarada bilərmi?

Adenoid təkrar əmələ gələ bilərmi?

Bu da valideynlərimizi maraqlandıran sualdır: “Burun əti və ya adenoid təkrar əmələ gələ bilərmi?” Bəli, gələ bilər. Çox kiçik bir faizlə də olsa əmələ gələ bilər. Hansı uşaqlarda daha çox əmələ gəlir?  Bəzən biz məcbur qalırıq çox erkən yaşda əməliyyat edirik. Deyək ki, mənim ən aşağı yaş yadıma gələn xəstəm var ki, əməliyyat eləmişəm 1… Continue reading Adenoid təkrar əmələ gələ bilərmi?