Sizdən gələn suallara cavablar – üçüncü hissə

Qulaq üstə yatanda qulağın tutulub, ayaq üstə gəzəndə açılmasının səbəbi nə ola bilər? Mən sol qulağım üstə yatanda qulağım tutulur. Sonra durub ayaq üstə 10 dəqiqə gəzirəm, açılır. Bunun səbəbi nə ola bilər? Bunun səbəbi böyük ehtimal burnunuzla bağlıdır, böyük ehtimal. Yəni bir burun müayinəsi olsa yaxşı olar, çünki bizim burunla qulağımızı arxadan “burunudlaq” dediyimiz,… Continue reading Sizdən gələn suallara cavablar – üçüncü hissə

Müğənnilərdə boğaz əti əməliyyatından sonra səs dəyişirmi?

Bu sual həddən artıq maraqlı bir sualdır. Çox müzakirələrə səbəb olan bir sualdır və bir çoxumuzun, təəssüf ki, həkimlərimizin belə, professionallarımızın isə mütləq – çox böyük bir əksəriyyətinin yanlış cavabını bildiyi bir sualdır.  Biz düşünürük ki, “Damaq badamcığı əməliyyatı olarsa”, yəni “artıq ət” dediyimiz ki, artıq bir şey yoxdur bədənimizdə əslində, “damaq badamcıqları” və ya… Continue reading Müğənnilərdə boğaz əti əməliyyatından sonra səs dəyişirmi?

Sizdən gələn suallara cavablar – ikinci hissə

Səsimin dəyişməsi polipdən, yoxsa panik atakdandır? Növbəti sual: Burunda polipin səsə təsiri olur deyirsiniz. Mənim burnumun hər 2 tərəfində polip var. Amma panik atakdan da əziyyət çəkirəm. Həmin vaxtı səsim də dəyişir. Bu hal polipdən, yoxsa panik atakdandır? Burunda polip varsa, burun tutqun deməkdir, yəni burun yolları bağlanmış deməkdir və bizim səsimiz artıq dəyişmiş deməkdir.… Continue reading Sizdən gələn suallara cavablar – ikinci hissə

Uşaqlarda səs problemləri

Uşaqlarda səs problemləri həddən artıq önəmli problemlərdən biridir.  Niyə?  Uşaqlarda rast gəlinən bəzi xəstəliklər var ki, o, uşaqların illərlə, adi deyil, cərrahi müalicəyə məruz qalmalarına səbəb olur. İllərlə! Ona görə də uşağımızda hər hansı bir problem varsa, səsi deyək ki, xoşumuza gəlmir… Bu ta erkən yaşda da ola bilər. Məsələn, ağlayır uşaq boğuq səslə. Anadan… Continue reading Uşaqlarda səs problemləri

Sizdən gələn suallara cavablar – birinci hissə

Bu zamana kimi bizim özümüzün fikrimizdə olan suallarla əlaqəli olaraq sizlərə müəyyən videolar çəkib paylaşmağa çalışdıq. Əvvəlki mövzularımızı davam etdirəcəyik, amma sizdən də bəzi suallar almışıq və bu gündən etibarən bu suallar haqqında da konkret cavablarla videolar paylaşmağa çalışacağıq.  Qripdən sonra səs tonunun dəyişməsi mümkündürmü?  Birinci sualınız qripdən sonra səs tonunun dəyişməsi mümkündür?  Əlbəttə, mümkündür.… Continue reading Sizdən gələn suallara cavablar – birinci hissə

Səs teli düyünləri: yaranma səbəbi, növləri və müalicəsi

Səs teli düyünləri başqa adla, yəni hərfi tərcümə eləsək, kitabdan, məsələn, köhnə rus kitablarından tərcümə edən zaman, sovet kitablarından “qışqıran uşaq düyünü” və ya “müğənni düyünü” kimi tərcümə olunur. Amma hal-hazırkı elmi ədəbiyyatda bu birbaşa tərcümədə, hərfi tərcümədə “səs teli düyünü” adlanır. Səs teli düyünü uşaqlarda səs problemlərinin 40 faizə qədərinin səbəbidir. Uşaqlarda daha çox… Continue reading Səs teli düyünləri: yaranma səbəbi, növləri və müalicəsi

Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?

Bütün digər sahələrdə olduğu kimi səs xəstəliklərində də, əsasən, 3 cür müalicə üsulu var. Bu, dərman müalicəsi və ya “konservativ müalicə” dediyimiz üsul, ikincisi, cərrahi üsul, cərrahi müalicə, əməliyyat və bir də sırf səs xəstəliklərinə aid olan “səs terapiyası” dediyimiz və ya “fonopedik məşqlər” dediyimiz xüsusi terapiya üsullarıdır. Qısa-qısa toxunmaq istəyirəm.  Dərman müalicəsi – adı… Continue reading Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?

Səs müayinəsi nədir?

Başqa bir bloq yazımızda qırtlağın müayinəsi haqqında məlumat vermişdik. Qırtlaq necə müayinə olunur? Səs büküşləri necə müayinə olur?  Amma tək qırtlaq müayinəsi ilə işimiz bitmir. Əgər biz tam təkmil bir səs xəstəliyi müayinəsi eləmək istəyiriksə, diaqnozunu qoyub, normal müalicə eləmək istəyiriksə, mütləq yanaşı olaraq səsin də müayinəsini eləməyimiz lazımdır. Nədir səsin müayinəsi? Səsin müayinəsi ilk… Continue reading Səs müayinəsi nədir?

Səs inkişafı tamamlanmamış oğlanların səs sənətçisi olması

Çox önəmli bir məsələdir. Mən hətta zamanla müxtəlif məşhur muğənnilərimiz, xanəndələrimizlə bu barədə çox söhbət eləmişəm. Tək oğlan uşaqlarına aid deyil, əslində qız uşaqlarına da aiddir, amma oğlan uşaqlarında daha bariz görsəndiyinə görə mutasyon dövr dediyimiz bir dövr var. Yəni səsin uşaq səsindən yeniyetmə və böyük səsinə çevrilməsi. Yəni bu hər insanda bir zamanda ola… Continue reading Səs inkişafı tamamlanmamış oğlanların səs sənətçisi olması

Published
Categorized as Səs

“Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!

“Kəskin səs batıqlığı” deyə bir diaqnoz yoxdur, “kəskin laringit” diaqnozu var. Amma bununla insanlarımıza nəyi izah edə bilərik? Məsələn, futbola getmişik, futbola baxırıq. Sevdiyimiz komanda bir qol vurdu və möhkəm qışqırdıq. Qışqırdıq, ani olaraq səsimiz batdı və ya həyəcanlandıq səsimiz batdı və ya nəbilim fərqli bir emosiyadan sonra səsimiz batdı. Nə etməyimiz lazımdır? Bu elə… Continue reading “Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!