Çox böyük hallar da var, bəli. Nə olur uşaqlarda? Deyək ki, bir kəskin otit, hətta kəskin otitdə belə bəzən burun ciddi, bəzən yox ümumiyyətlə burun ciddi rol oynayır.
Nə olur?
Biz normal zökəm oluruq, burnumuz axmağa başlayır, kəskin respirator bir infeksiya olur, virus infeksiyası ola bilər, bakteriyal infeksiya ola bilər, fərqi yoxdur. Əgər vaxtında müalicə etmiriksə, burundakı problemin önünü almırıqsa, bu qulağımıza ağırlaşma verə bilər.
Niyə? Çünki burunla qulaq qonşudur. Burunla qulağımızın arasında bir yolumuz var “Yevstax borusu” dediyimiz boru. Həm oradan infeksiya keçə bilər qulağımıza, eyni zamanda ödem burnun nəfəs almaması nəticəsində orta qulaqda bir problem ortaya çıxa bilər. Orta qulağın maye toplanması ola bilər və ya dediyim kimi kəskin otit belə bu nəticədə ortaya çıxa bilər.
Uşaqlara burun təmizləməyi öyrətməliyik!
Birbaşa, yəni əlaqəlidir. Demək olar ki, bütün demək olar az qala uşaqlarla olan qulaq problemlərində burunla əlaqəsi var.
Biz uşaqlarımıza mütləq burnu təmizləməyi öyrətməyimiz lazımdır. Yəni burunda bir axıntı varsa, onu çölə, özünün təmizlənməsi, yəni hər birimizin bildiyimiz bir hərəkət var, əlbəttə ki, bunu öyrətməmiz lazımdır uşaqlara.
Bəzən görürsüz ki, 6-7 yaşında uşaq gəlir müayinəyə və burnunu təmizləyə bilmir. Bu çox böyük problemdir.
Əgər evakuasiya olunmazsa oradakı selik və ya irin: 1) burundakı problem heç vaxt müalicə olunmaz. Bəzən uşaq gətirdilər 3 ay, 4 ay, 5 ay burnu axır. Niyə? Çünki təmizlənmir. Dərman tökürük o seliyin üzərinə tökürük, təsir eləməz ki. Dərman selikli qişaya təsir eləməlidir. Buna görə mütləq təmizləməyimiz lazımdır.
Qulaqda maye toplanması
Qulaqda, məsələn, “eksudativ otit” dediyimiz bir problem adenoidlərin böyüməsi nəticəsində ola bilir. Adenoid böyüyür, Yevstax borusunun ağzını itələyir. Orada da bir badamcıqları var. O badamcıqları da sıxaraq Yevstax borusunun ağzını bağlayır və borunun fəaliyyəti məhdudlaşdığına görə seliyin orta qulaqda yığılması ola bilir.
Bəzən o qədər yığılır ki, təbil pərdəsini hətta xaricə itələməyə başlayır. Bəzən biz onu özümüz mütləq dəlməyimiz lazım olur. Həkimlər xüsusi alətlər ilə pərdəni deşib, oradakı mayenin axmasını təmin edirik. Əməliyyatla sonlana bilər. Bəzən tüp dediyimiz, “qulaq tüpləri dediyimiz kiçik borucuqlar yerləşdirilir və bu borucuqlar 6-9 aya kimi qala bilir.
Yəni bu çox ciddi problemdir. Eşitməni ciddi sürətdə poza bilər. Çox gec gedəriksə həkimə, çox daha ciddi bir problem yarana bilər. Pərdə demək olar ki, arxada olan orqana yapışa bilir və bu qalıcı problemə gətirib çıxara bilir.
Burunda problem varsa, mütləq həll edilməlidir
Ona görə də burunda bir problem varsa, mütləq çözülməsi lazımdır. Mütləq həll olunması lazımdır ki, qulağa da problem çıxartmasın.
Qulaq problemləri uşaqlarda birbaşa, demək olar ki, burunla, burun-udlaqla əlaqəlidir.