Bizim səs xəstəliklərində hal-hazırda ən çox icra etdiyimiz müalicə üsullarından biri səs terapiyasıdır. Bu haqda müxtəlif zamanlarda danışmışıq və haqlı olaraq da izləyicilərimizdən sual almışıq. Yəni “Danışdınız da, amma bunu göstərə bilərsinizmi?” Bunu göstərməyə çalışacağıq bu videoda.
Amma deyim ki, səs terapiyasının həddən artıq üsulları var. Həddən çox… Məsələn, qışqırdınız səsimiz batdı, 3 gün danışmırsınız, bu belə səs terapiyası üsuludur. Həyat tərzimizdə elədiyimiz bir çox məsələlər, yenə səs terapiyasına daxildir. Yəni o məhfumun içərisinə daxildir.
Səsi “qızdırmaq” və “soyutmaq” deyilən bir məsələ var. Məsələn, daha çox səs profesionalları… Məktəb açılır artıq. Allaha şükür ki, əyani olaraq təhsilimiz davam edəcək, yəni bərpa olunacaq.
Səs terapiyası təkcə müğənnilər və aktyorlar üçün deyil
Məsələn, müəllimlərimiz səhər-səhər dərsə gələcəklər. Hələ bir ilyarımdır, demək olar ki, girməyiblər sinfə və ya auditoriyaya. Gün ərzində danışacaqlar. Bu səsi hazırlamaq lazımdır performansa. Yəni bir tək müğənnilər bunu eləmirlər və ya bir tək aktyorlar bunu etmirlər. Jurnalistlər, müəllimlər və hətta həkimlər belə… Yəni biz səhərdən axşama kimi xəstələrimizlə danışırıq. Yəni səsimizin zində olması lazımdır mütləq.
Bir boyun relaksasiya məşqləri var. Hamımız bilirik yəni. Ən azından ta uşaqlıq dövründən bir televizorun önündə səhər gimnastikası var idi və ya məktəbə girən zaman edilirdi. Yəni boyun reaksiyası. Çünki qırtlağımız boynumuzda yerləşdiyinə görə o qırtlağın çölündə olan əzələlərin çox relaks – rahat olması lazımdır ki, bizim rahat işlətsin qırtlağımızı, səsimiz rahat olsun.
Diafraqmal tənəffüs
Bu məşqlər var. Bildiyiniz yəni boynu işlədirik, sağa-sola, önə-arxaya və ya çevrə dairəvi belə işlədə bilərik rahatlatmaq üçün. Bunu səhər-səhər eləməmiz mütləqdir yəni. Bu əslində bir səs terapiyasıdır eyni zamanda.
Sonra səsi danışan zaman qırtlağımızdan xam səsimiz çıxır, amma səsimiz bütün akustik bölgələrimizdə, rezonator orqanlarımızda şəkillənir.
Və o orqanların rahat olması və səsimizi bir az daha qırtlağa çox basqı etmədən işlətməyimiz lazımdır.
Məsələn “dodaq trili” dediyimiz məşqlərimiz var dodaqla. Hamımızın bildiyimiz. Məsələn, nəfəs alırıq, daha çox da mütləq diafraqmal tənəffüs, yəni önəmlidir, diafraqma ilə nəfəs almağımız lazımdır. Bu o zaman qarın şişirtmək deyil, yəni bizim bəzən qarnı şişirdirik deyirik ki: “Biz nəfəs aldıq.”
Ora yox. Diafraqmamızı tam açmağımız lazım. Yəni diafraqma döş qəfəsi ilə qarın boşluğu arasında olan bir sərhədləndirən bir əzələdir. Onu tam olaraq bütün yəni qabırğamızın bütün altı boyunca nəfəs alıb və onun üzərinə oturmaqdır.
Dünyanın ən gözəl gülünü ilk dəfə qoxulayacaq kimi nəfəs almalıyıq
Yəni o tənəffüsün üzərində oturmalıyıq.
Bunu etməyimiz lazımdır, diafraqmal tənəfüsü öyrənməyimiz lazımdır və dodaq trilləri.
Məsələn, çox rahat nəfəs aldım və nəfəs alan zaman da “dünyanın ən gözəl bağçasında olan ən gözəl gülünü, bir ilkdir, bir dəfə qoxuyacayıq” kimi, yəni o cürə nəfəs almağımız lazımdır.
Yəni bütün alviollarımıza kimi o tənəffüs havası çatmalıdır belə.
Rahat bir nəfəs aldıq, bundan sonra nəfəsi verən zaman: bıııııııııııır….
Yəni bu dodaqlarımızı “dodaq trili” deyirik buna.
Profesionallar daha gözəl bilirlər, vokalistlər daha gözəl bunu bilirlər.
Yəni bunu edəcəyik yəni.
Hətta bunu edən zaman müxtəli tembrlərdə edə bilərik, yəni səsi yüksəldib – aşağı sala bilərik.
Yəni bu bir məşqdir əslində, amma nədir? Biz rahatladırıq, yəni bununla boğazımızı rahatlaşmış oluruq.
Səs terapiyası üçün məşqlər
Səsi önə almış oluruq, yəni dodaqımızın önünə belə deyək həmən önündə almış oluruq və qırtlağımıza güc salınmadan danışmaq… Hətta mən bunu eliyə-eliyə hal-hazırda səsimdə bir rahatlıq hiss etdim. Tam belə səmimi və açıq deyim.
Bunu 2 dəfə cəmi belə eləməklə qırtlağımda və səsimdə bir rahatlıq hiss elədim yəni. Bunu rahat surətdə eləyə bilərsiniz.
Bəzi insanlarımız və ya: bııır…. Bııııııır… Yox. Çox rahatdır yəni, çox rahatdır. Havanı verən zaman “dodaq trili” belə: bıııır…. Uzada bilərik hətta. Ondan sonra bir “huuu…” səsi yəni nəfəs aldıqca: “huuuu..”. çıxara bilərik
“Sıııııı..” bu daha çox tənəfüsü rahat alıb verməyimiz üçün. Pors-pors alıb verməyimiz üçün yaxşıdır yəni.
“Nəfəs aldıq, həmən verdik” olmur.
Gündəlik performansdan əvvəl və sonra məşqlər təkrarlanmalıdır
Çünki danışan zaman havanı istifadə edirik biz, səslərimiz çıxan zaman. Yəni bu hərəkətləri gündəlik edə bilərik hər performansdan öncə, bir də performasdan sonra.
Yəni işə gələndən öncə də bunu edə bilərik. Başladıq, məsələn, 8-də dərsimiz başlayacaq.
10 dəqiqə öncədən gəlmişik. 3-4 dəqiqə bir nəfəs alıb verə bilərik diafraqmal.
Dodaq trilləri istifadə edə bilərik.
Dediyim kimi boyun relaksasiyası, üst bədən relaksasiyası məşqləri edə bilərik. Yəni tək burada deyil, həm ümumi qarın əzələsi olsun, bel əzələləri olsun, hamısı bizim səsimizin istehsalında iştirak edirlər, yəni.
Birbaşa və ya dolayı. Bu əzələlərin relaks olması lazımdır.
Yəni bu məşqləri edə bilərik çox rahat. Ondan sonra da çıxıb rahat surətdə gün ərzində danışa bilərik.
Yenə deyirəm bunu 1 dəfə, 2 dəfə elə eləsinlər bizim müəllimlərimiz, həkimlərimiz, jurnalistlərimiz… Ümumiyətlə, səsdən çox istifadə edən, gün ərzində istifadə edən bütün insanlarımız.. Bunu edərək onun fərqinə vara bilərlər.
“Doktor VOX” terapiyası
Və bir də spesifik olaraq səs terapiyası məşqlərimiz var ki, bizim ən çox istifadə etdiyimiz “Doktor VOX” terapiyasıdır. Bunun haqqında da Kamil doktor sizə geniş bir məlumat verəcək.