Badamcıq əməliyyatından sonra faringit yarana bilərmi?

badamciq-emeliyyatindan-sonra-faringit-yaranirmi

Badamcıq əməliyyatından sonra faringit yaranırmı və ya niyə yaranır? Çox maraqlı sualdır. 

“Badamcıq nədir”dən birinci girməyimiz lazımdır bu mövzuya. 

Badamcıq – bu boğazımızda olan o gördüyümüz o badam… Təəssüf ki, “artıq ət” kimi deyirik, amma artıq ət deyil o. Ümumiyətlə, bədənimizdə artıq heç bir şey yoxdur. Yaradan bizi elə yaradıb ki, hər bir kiçik bir orqanın belə funksiyası var və ciddi bir funksiyası var. 

Badamcıqlarımız da birincili immunitetimizdə ən böyük rol oynayan əslinə qalanda orqanımızdır. Bizim nəfəs aldığımız hava da, içdiyimiz mayelər də, yediyimiz qidalar da, hamısı boğazımızdan keçir, o ətlərimizin yanından keçib gedir. Və ilk olaraq bədənə daxil olan bütün maddələrlə görüşən, belə deyim orqanlarımızdan birisidir. Və ciddi sürətdə immunitetdə rol oynayan bir orqanımızdır.

Bunu qoruya bilsək gözəl olar, amma əgər bu orqan özü bəzən çox ciddi bir bədənə problem yaratmağa başlayırsa, funksiyasını itirirsə, o zaman da əməliyyat edirik.

Əməliyyatdan sonra faringit əmələ gəlirmi?

Əməliyyatdan sonra faringit əmələ gəlirmi? Bəli, gəlir. Fərqli özü də növləri əmələ gələ bilir. Çünki orada bir qoruma mexanizmi olan, belə deyək bir ordumuz var, bədənimizi qoruyan ilkin. Və orada yoxdur artıq. Orada olmayan zaman bədənimiz məcbur qalıb fərqli qoruma mexanizmlərini ortaya çıxarır. Udlağımızda olan digər limfoid toxumaların bəzən böyüməsi əmələ gəlir, bəzən də tam tərsi “atrofik faringit” dediyimiz problem ortaya çıxır. Bu da bədənimizin, udlağımızın ilkin qorunma mexanizmindən kasad olduğu bir vəziyyət yarandığı üçün ortaya çıxır. 

Kiçik yaşlarda badamcığı qorumağa çalışırıq

Ona görə də əslinə qalanda badamcığı çox erkən yaşda əməliyyat eləməsək, daha gözəl olar, qoruya bilsək, daha gözəl ola bilər.

Müəyyən bir yaşdan sonra funksiyasını itirir zatən və bir problem də çıxarmağa başlayırsa deyək ki, özü bir infeksiya mənbəyinə çevrilirsə, bu zaman əməliyyat eləməmiz mütləqdir.

Amma faringit əmələ gələ bilərmi? Dediyim kimi daha erkən yaşda əməliyyat eləyən zaman faringit, təəssüf ki, əmələ gələ bilər. Bu zaman da müxtəlif, yəni lokal müalicəvi üsullardan istifadə eləyə bilərik, qidalanmamıza fikir verməyimiz lazımdır ki, bizim ciddi bir problemimiz olmasın. Və eyni zamanda burun tənəffüsümüz normal olmalıdır, ideala yaxın olmalıdır ki, həmin o faringit ortaya çıxmasın. 

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir