Dosent Dr. Ramil Həşimli Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Foniatriya Akademiyası və Dünya Səs Günü Azərbaycan milli koordinatorudur.
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin Baş katibi, Ə.Əliyev adına ADHTİ “Gənc alimlər şurasının” üzvüdür. Ə.Əliyev adına ADHTİ Qulaq-burun-boğaz xəstəlikləri kafedrasının dosenti, həmin kafedrada “Səs laboratoriyasının” və LOR Hospitalda “VoiceDr Səs klinikasının” rəhbəridir.
Hal-hazırda doktorluq dissertasiyası üzərində çalışır.
Əsas elmi və tibbi fəaliyyəti qırtlağın kəskin və xroniki xəstəlikləri, səs professionallarında rast gəlinən xəstəliklərin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.
- 2012-ci ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuşdur.
- 2015-ci ildə ABŞ Pittsburgh Universiteti Tibb İnstitutu Səs mərkəzi və Klivlend Klinikası Otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası Qulaq-burun-boğaz institutunda “Səs xəstəliklərinin müayinə və müalicə” proqramları üzrə kurs keçmişdir.
- Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tıp Fakultəsi, Ankara Nümune Eğitim ve Araştırma Hastanesi’nde, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyası otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.
- Apardığı tədqiqatların nəticələri ilə 50-dən çox beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir. 62 elmi çap işinin müəllifidir.
- Azərbaycanlı alimlər qrupu ilə birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir.