Allergik rinit

allergik-rinit

Allergik rinit bizim ən çox, hələ bizim ölkəmizdə, qulaq-burun-boğaz həkimlərinin ən çox rastlaşdığı problemdən biridir. 

Niyə? Çünki bizim yaşadığımız coğrafiya, daha çox da hal-hazırda əhalinin böyük bir qismi Abşeron yarımadasında məskunlaşıb. Yarımsəhra və dəniz – rütubət və tozlu külək. Bu ikisi daha çox iqlim şəraiti yaradır ki, insanlarımızın allergik riniti ortaya çıxsın. Allergik rinit – yəni “burun allergiyası” deyək başqa adla.

Allergik rinitin əlamətləri

Hansı əlamətlərlə özünü göstərir?

Bizim burnumuz tutulur, çox asqırırıq, burnumuz axır… Məsələn, o insanlar gəlir həkimə deyir ki, “Mən il boyu qrip oluram.” İl boyu qrip ola bilməzsən, il boyu allergiya ola bilərsən və ya mövsümi allergiya ola bilərsən. Daha çox da yaz və payız aylarında. Bizdə Bakıda bu qovaq ağacı çoxdur, düzdürmü? Daha çox o tozlanan zaman hətta şəhərin ortasında görürük uçur, asfaltın üzərində görürük belə o ağacın həmin o tükcüklərini. Bunlar, məsələn, allergik reaksiya verə bilir.

Və ya bəzi insanlarımızın, ümumiyyətlə, hər şeyə allergiyası olur. Deyək ki, havada olan gənələr var görmədiyimiz, bunlara qarşı bir allergiyası ola bilər, toza qarşı allergiyası ola bilər, rütubətə qarşı ola bilər… Ölkəmizdə çoxdur, təəssüf ki, allergik rinitli xəstələr.

Allergik rinitin müalicəsi

Tam müalicə olunurmu? Təəssüf ki, hələ ki, tam müalicə edə bilmirik. Amma qabaqlayıcı profilaktik tədbirlər edə bilirik. Həm xəstəlik şiddətlənən zaman, həm də şiddətlənmədən öncə müəyyən bir burun spreylərimi olsun, antiallergik dərmanlarmı olsun, onların istifadəsi ilə bunun önünü ala bilərik.

Allergik rinit müalicə olunmazsa…

Çox ciddi bir problemdir. Çünki çox yayğın bir problemdir. Məsələn, bəzi xəstələrimizdə burun poliplərin əmələ gəlmə səbəblərindən biridir allergik rinit. Yəni allergiya nəticəsində bu poliplər əmələ gələ bilirlər. Bir səbəb də budur.

Əslinə qalanda çox da ağır olmayan, amma həyat keyfiyyətimizi ciddi zədələyən və gələcəkdə ciddi problemə gətirib çıxara bilən bir xəstəlikdir ki, yaxşı olar ki, belə bir problem varsa, uşaq vaxtından uşaqlarımızı, bir az böyümüşüksə, artıq özümüz vaxtında həkimə müraciət edək, həkim nəzarətində olaq ki, irəlidə həm burun polipi və ya Allah qorusun, deyək ki, “obstruktiv bronxit”, “asmatik bronxit” kimi xəstəliklərin əmələ gəlməsinin önünü ala bilək vaxtında.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir