Hər bir mikrocərrahi səs əməliyyatı sürprizlərlə dolu, həyəcanverici və nəticəsi sevindirici zərgər dəqiqliyi istəyən bir fəaliyyətdir. Sağ səs büküşü polipi kəsilməsi üçün gələn xəstəmizdə sol səs büküşündə sulcus vocalis, sulcus kisti və səs büküşləri arası veb aşkar olundu və hamısı aradan qaldırıldı. Əməliyyatın uğuru cərrahdan ciddi dəqiqlik, diqqət, incə cərrahi bacarıq tələb edir.