Mutasion disfoniya çox önəmli bir problemdir. Bu daha çox cinsi yetkinlik dövründə oğlanların səsində olan problemdir. Biz nə deyirik? Mutasion, yəni mutasiya dövründə ortaya çıxan “disfoniya” və ya “mutasion falset” də deyirik buna.
Bizim müəyyən yaşdan sonra bədənimizdə müxtəlif hormonal dəyişikliklər olur. Biz artıq “kişiləşməyə” başlayırıq, “amma səsimiz belə qalır, bu cürə danışırıq”, yəni “qız səsi” kimi və ya “uşaq səsi” kimi. Bax bu olur “mutasion falset” və ya “mutasion disfoniya” dediyimiz problem budur.
Uşaq səsi ilə danışan kişi
Bəzi insanlarımız 14, 15, 16, 17 yaşında bu səslə… Amma məsələn, mənim pasiyentim olub ki, 38 yaşında “hələ də belə-belə gəlib. 3 uşaq atasıdır və bu cür danışır uşaqları ilə”.
Düşünün… Atanın uşağı önündə olan bir özünə inamı da sarsıla bilər, xarizması da qalmaz. Yəni “Ay uşaq dur oradan, burada otur” desən durmayacaq yəni uşağı. Çünki səsi eynidir. Hətta bəlkə də, uşağın səsi ondan qalındır.
Oğlan böyüyür, amma səsi incə qalır
Niyə belə vəziyyət yaranır? Bu uşaqlar, adətən… Məsələn, məktəbdə də, məktəb yaşındadır, zatən. Sinifdə olan digər oğlan uşaqlarından daha tez səsi qalınlaşmağa başlayır. Daha qalın bir səs çıxır və bir az qulağa o qədər də xoş olmayan bir səs çıxır və bu zaman məktəbdə müəllimlər və ya dostları, sinif yoldaşları və ya evdə valideynləri… Məsələn, bir ana düşünün, o deyir ki, “Oğlum, sən danışma, səsin başıma düşdü”. Və nə olur? Bu oğlanlar sonra o ətraf mühitin, ətrafdakı insanların mənfi reaksiyasından o səsi gizləməyə başlayır “və bu səslə davam etməyə başlayırlar” və bir də ayılırlar ki, artıq 20, 25, 30, 35 yaşa gəliblər, hələ də o səslə danışırlar.
Bütün oğlan uşaqları bu halla üzləşir
Ailələr, məktəbdə müəllimlər, məktəbdəki dostlar… Bütün oğlan uşaqları bu vəziyyətdən keçirlər. Amma bəzilərində çox qabarıq olur, bəzilərində bu o qədər də bilinmir. Bəzilərində 13 yaşda ortaya çıxır, bəzilərində 16 yaşda ortaya çıxır.
Yaxşı olar ki, bu insanlarımız buna anlayışla münasibət göstərsinlər və uşağın başından vurmasınlar, yəni.
Mutasion disfoniya necə düzəlir?
Biz belə uşaq gələn zaman müayinəyə baxırıq, səsi dəyişirik. Rahatdırmı səsi dəyişmək? Hətta 30-35 yaşında belə dəyişə bilərik. Nadirən bunu əməliyyat etməyimiz lazım olur.
Yəni nə etməyimiz lazımdır?
Deyirik ki, “Bax! Gedəcəksən, hal-hazırkı o qalın səsinlə danışmağa davam edəcəksən və narahat olmayacaqsan. 5-6 ay içində o birilərinin də səsi qalınlaşacaq və sənin səsin sonra oturub normal, özünə xas olan səslə olacaq.”
Artıq yəni o psixoloji təzyiqi həm dayandırmaq lazımdır və bir də psixoloji təzyiqə uymamaq lazımdır. Bu çox önəmlidir, irəlidə çox ciddi böyük bir əməliyyatla belə nəticələnə bilən bir problemdir.