“Müəllim xəstəliyi”

Əslində bunu səslə bağlı soruşurlar. Yəni “Müəllimlərdə olan bir səs xəstəliyi varmı?” və buna qısaca olaraq “müəllim xəstəliyi” deyirlər.  Əslinə qalanda “müəllim xəstəliyi” deyilən bir məfhum yoxdur. Amma nə var? Müəllimlərdə çox tez-tez rast gəlinən səs xəstəlikləri var. Bunlar daha çox nələrdir? Əgər səsdən yanlış istifadə ediriksə, səsə çox güc veririksə, səsi çox yükləyiriksə, bu… Continue reading “Müəllim xəstəliyi”

Mutasion disfoniya

Mutasion disfoniya çox önəmli bir problemdir. Bu daha çox cinsi yetkinlik dövründə oğlanların səsində olan problemdir. Biz nə deyirik? Mutasion, yəni mutasiya dövründə ortaya çıxan “disfoniya” və ya “mutasion falset” də deyirik buna. Bizim müəyyən yaşdan sonra bədənimizdə müxtəlif hormonal dəyişikliklər olur. Biz artıq “kişiləşməyə” başlayırıq, “amma səsimiz belə qalır, bu cürə danışırıq”, yəni “qız… Continue reading Mutasion disfoniya

Burunla nəfəs almaq nə üçün vacibdir?

Burun tənəffüsü bizim üçün ən önəmli məsələlərdən biridir. Hər bir insan üçün.  Biz burnumuzdan mütləq nəfəs almalıyıq. Çünki burnumuz və burunətrafı strukturlarımızda bizim nəfəs aldığımız zaman daxil olan hava 1) təmizlənir, 2) nəmlənir, 3) eyni zamanda bədənimizin temperaturuna uyğun bir vəziyyətə gəlir. 

Səs teli kistləri

Səs teli kistləri bizim səs tellərimizin üzərində olan xoşxassəli törəmələrdən biridir.  Həddindən artıq çox rast gəlirikmi? Deyil. Yəni bir polip qədər və ya düyün qədər çox rast gəlmirik. Amma rastgəlmə tezliyi çoxdur. Bütün digər orqanlarımızın kistləri kimi belə deyək, xaricdən bir təbəqə ilə örtülü, içərisində də bir maye olan bir törəmələrdir.

Uşaqlarda səs problemləri

Uşaqlarda səs problemləri həddən artıq önəmli problemlərdən biridir.  Niyə?  Uşaqlarda rast gəlinən bəzi xəstəliklər var ki, o, uşaqların illərlə, adi deyil, cərrahi müalicəyə məruz qalmalarına səbəb olur. İllərlə! Ona görə də uşağımızda hər hansı bir problem varsa, səsi deyək ki, xoşumuza gəlmir… Bu ta erkən yaşda da ola bilər. Məsələn, ağlayır uşaq boğuq səslə. Anadan… Continue reading Uşaqlarda səs problemləri

“Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!

“Kəskin səs batıqlığı” deyə bir diaqnoz yoxdur, “kəskin laringit” diaqnozu var. Amma bununla insanlarımıza nəyi izah edə bilərik? Məsələn, futbola getmişik, futbola baxırıq. Sevdiyimiz komanda bir qol vurdu və möhkəm qışqırdıq. Qışqırdıq, ani olaraq səsimiz batdı və ya həyəcanlandıq səsimiz batdı və ya nəbilim fərqli bir emosiyadan sonra səsimiz batdı. Nə etməyimiz lazımdır? Bu elə… Continue reading “Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!

Səs problemləri hansılardır?

Səsdə bir çox problemlər əmələ gələ bilər. Biz bunu elm olaraq bölmüşük. Yəni funksional problemlər ola bilər, orqanik problemlər ola bilər və nevroloji problemlər ola bilər. Funksional problemlər nələrdir? Səs telinin özü, səs büküşünün özü, qırtlağın özündə heç bir problem yoxdur. Yəni hər hansı bir yeni törəmə yoxdur və ya fərqli… Yəni normal qırtlaqdır baxdığın… Continue reading Səs problemləri hansılardır?