Burun tənəffüsü bizim üçün ən önəmli məsələlərdən biridir. Hər bir insan üçün.
Biz burnumuzdan mütləq nəfəs almalıyıq. Çünki burnumuz və burunətrafı strukturlarımızda bizim nəfəs aldığımız zaman daxil olan hava 1) təmizlənir, 2) nəmlənir, 3) eyni zamanda bədənimizin temperaturuna uyğun bir vəziyyətə gəlir.
Yəni, biz çöldə 50 dərəcə temperatur, müsbət yəni, isti olsa belə və ya -50 dərəcə soyuq olsa belə, çıxıb nəfəs alan zaman bizim ciyərlərimizə sabit temperaturda, bədən temperaturuna uyğun hava gedir. Bu da burun və burunətrafı ciblərin hesabına olur.
Eyni zamanda, burun və burunətrafı ciblər bizim səsimizin formalaşmasına rol oynayan anatomik strukturlardır. Yəni, rezonator orqanlar deyirik biz buna.
Burun tənəffüsü “olmazsa olmaz”lardandır
Bizim burnumuz normal olmalıdır, içərisi, strukturu normal olmalıdır ki, bizim səsimiz də normal çıxsın buna görə. Yəni, normal rezonans olsun.
Elementar – bir burnumuzu belə tutsaq, həmin anda səsimiz dəyişir. Düzdürmü? Tın-tın danışmağa başlayırıq, deyək ki. Ona görə də burun tənəffüsü “olmazsa olmaz”lardandır. Yəni ki, normal, ideal burun tənəffüsü.
Eyni zamanda biz performans göstərərkən – biz danışan zaman, oxuyan zaman, fərq etməz, səsimizdən istifadə edən zaman biz normalda biz burunla rahat nəfəs almalıyıq, ağızla danışmalıyıq. Yəni, boğazla danışmalıyıq.
Əgər biz həm ağızla nəfəs alıb, həm də danışırıqsa, bu zaman birincisi – həm fasiləli bir nitq yaranır… Oxuyan zaman bu daha ciddi problemə çevrilir. Məsələn, bir var “nəfəs aldım, danışdım, nəfəs aldım danışdım” – bu rahatdır. Amma biri də var, “nəfəs aldım oxudum”. Bu alınmır. Yəni ki, bu çox çətin olur.
Həm nəfəs alıb, həm də danışmaq əlavə yükdür
Qırtlağımıza, səs tellərimizə, səs büküşlərimizə yük verməli oluruq bu zaman. Həm boğazımız qurumuş olur, həm pərdədən qaça bilərik, həm də bir müddət bu cür istifadə etdikdən sonra səsdən irəliyə doğru səsdə çox ciddi mənfi dəyişişkliklər ola bilər.
Hələ bir də səs professionalıyıqsa, gün ərzində səsimizdən çox istifadə ediriksə, fərqi yoxdur, müəllim olaq, aktyor olaq, din xadimi olaq və ya müğənni olaq… Yəni, bizim mütləq normal bir tənəffüsə sahib olmağımız lazımdır.
Normal bir burun tənəffüsünə sahib olmağımız lazımdır ki, səsimizin pərdəsi normal olsun, səsimiz daha bəlağətli olsun, daha məlahətli olsun və səsdə problem yaranmasın.
Xroniki burun tənəffüsü pozğunluğu
Səsdə yaranan problemlərin səbəblərindən birisi də… Çox böyük səbəblər – ilk yerləri tutan səbəblərdən birisi də burun tənəffüsünün pozulmasıdır, xroniki bir burun tənəffüsü pozğunluğudur.
Fərq eməz, orada burun çəpərində əyrilik olsun, balıqqulaqlarımızda problem olsun və ya polipimiz olsun, allergik rinitimiz olsun… Yəni, bunun hər biri səsə mənfi təsir edir ki, bizim mütləq bunu dərmanla müalicə olunmalıdırsa, dərmanla, cərrahi əməliyyat olunacaqsa, cərrahi əməliyyala aradan qaldırmağımız lazımdır.