Müasir dövrdə səs teli patologiyalarında konservativ müalicəsində dərman preparatları ilə yanaşı müəyyən səs terapiya metodları tətbiq olunur. Onlardan biri də Lax Vox səs terapiyası metodudur.
Bu haqda bir qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Lax Vox cihazı ilə terapiya metodu ilk dəfə Finlandiyalı nitq və səs terapisti Marketta Sihvo tərəfindən tətbiq olunmağa başlamışdır.
Lax Vox terapiyası nədir?
Bu metod nədən ibarət idi? Sadə boru idi, borunu adi suyun içinə salmaqla müxtəlif səslər çıxartmaqdan ibarət idi. Məsələn, musiqiçilərin “raspevka” deyirik biz ona, məşqlər qabağı, performans qabağı etdiyi məşqləri bu xanım alim bu metodu sırf terapiyasında, yəni istifadə etməyə başlamışdır. Sonrakı illərdə türkiyəli otorinolarinqoloq İlter Denizoğlu bu metodu, bu cihazı daha da təkmilləşdirmişdir və “Pocket Vox” dediyimiz bu cihazı və “Doctor Vox” dediyiniz bu cihazı təkmil hala gətirmişdir.
“Pocket Vox” və “Doctor Vox” cihazlarının fərqi
Bu 2 cihazın arasında fərq nədən ibarətdir? Belə bir fərq yoxdur. Fərq ondan ibarətdir ki, bunlar ancaq materialına görə yəni fərqlənirlər. Biri şüşədəndir, biri plastik və silikon maddədən hazırlanmışdır.
Çox unikal bir cihaz hesab olunur səs dili patologiyalarında. Səs teli düyünlərində, səs teli ifliclərində, sonra yetkin oğlan uşaqlarında tez-tez rast gəlinən puberfoniyalı xəstələrdə bu cihazları tətbiq edirik və çox gözəl effektini görürük. Hətta tez bir zamanda, yəni 1 həftə, 10 gün ərzində, hətta 2-3 seans ərzində istədiyimiz hədəf səsə çata bilirik.
Əyani səs terapiyası məşqi
Bu cihazla səs terapiyası necə izah olunur? Bunu bir əyani olaraq, vizual olaraq göstərmək istəyirəm.
Bu hissəsi uzun olan, bu hissəsi qısa olan hissəsidir. Uzun olan hissəsini dişlərinizin arasına qoyuruq, bu şəkildə və dodaqlarına kip sıxıb saxlayırıq. Yəni bir məşqi göstərəcəm vizual olaraq.
Məsələn: “Huuuu…” Bu səs tellərinin yumuşaldıcı effekti göstərən bir metod hesab olunur, məşq hesab olunur. Bunun icrası bu şəkildə icra olunur, tətbiq edilir.
Burundan alırıq, ağızla havanı qabın içinə buraxırıq.
Terapiya səs tellərimizə necə təsir edir?
Bu cihaz nə kimi səs tellərdə effekt yaradır? Biri var məşqi havaya edək, bir də var suyun içinə. Suyun içinə üfürdüyümüz zaman suda hava axını, yəni bizim ağ çiyərdən çıxan hava axını daha çox müqavimətlə rast gəldiyi üçün və o müqavimətdən yaranan qüvvə, belə deyək, təzyiq qüvvəsi üstdən və ağ ciyərdən çıxartdığımız hava axınının təzyiqi səs tellərini üstdən və aşağı hissədən alt hissədən bir növ masaj elətdirir və simmetrik işləməyini təmin edir.
Terapiya ilə səs tellərimiz simmetrik qapanır
Yəni bunun bu cihazın unikallığı ondan ibarətdir ki, bu cihaz məşqlər zamanı səs tellərinin simmetrik qapanmasını təmin edir ki, bu da səs tellərində olan müxtəlif patologiyanın, məsələn, səs teli düyünləridir, başlayan poliplərdir, səs teli iflicləridir, yetkin uşaqlarda olan puberfoniyadır, bunlarda çox gözəl nəticələr əldə edirik və “Voice doctor” da olaraq, yəni səs terapisti – foniator olaraq praktikamızda bu cihazdan mütəmadi istifadə edirik.