Lax Vox cihazı ilə səs terapiyası məşqi

Müasir dövrdə səs teli patologiyalarında konservativ müalicəsində dərman preparatları ilə yanaşı müəyyən səs terapiya metodları tətbiq olunur. Onlardan biri də Lax Vox səs terapiyası metodudur.  Bu haqda bir qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Lax Vox cihazı ilə terapiya metodu ilk dəfə Finlandiyalı nitq və səs terapisti Marketta Sihvo tərəfindən tətbiq olunmağa başlamışdır. Lax Vox terapiyası… Continue reading Lax Vox cihazı ilə səs terapiyası məşqi

Səs terapiyası

Bizim səs xəstəliklərində hal-hazırda ən çox icra etdiyimiz müalicə üsullarından biri səs terapiyasıdır. Bu haqda müxtəlif zamanlarda danışmışıq və haqlı olaraq da izləyicilərimizdən sual almışıq. Yəni “Danışdınız da, amma bunu göstərə bilərsinizmi?” Bunu göstərməyə çalışacağıq bu videoda.

Səs terapiyası

Səs xəstəliklərinin müalicəsində istifadə elədiyimiz, çox rutin olaraq istifadə etdiyimiz əsas müalicə üsullarından birisi, həm profilaktik (yəni həm qoruyucu), həm də xəstəliklərin müalicəsi üçün istifadə etdiyimiz üsullardan birisi səs terapiyasıdır. Bunu müxtəlif ədəbiyyatlar, müxtəlif məktəblər müxtəlif cür adlandırırlar. Məsələn, keçmiş sovet məktəbində bu “fonopedik məşqlər” deyə adlanırdı. Amma ümumi olaraq bütün dünyada hal-hazırda daha çox… Continue reading Səs terapiyası

Sizdən gələn suallara cavablar – ikinci hissə

Səsimin dəyişməsi polipdən, yoxsa panik atakdandır? Növbəti sual: Burunda polipin səsə təsiri olur deyirsiniz. Mənim burnumun hər 2 tərəfində polip var. Amma panik atakdan da əziyyət çəkirəm. Həmin vaxtı səsim də dəyişir. Bu hal polipdən, yoxsa panik atakdandır? Burunda polip varsa, burun tutqun deməkdir, yəni burun yolları bağlanmış deməkdir və bizim səsimiz artıq dəyişmiş deməkdir.… Continue reading Sizdən gələn suallara cavablar – ikinci hissə