Bu sual həddən artıq maraqlı bir sualdır. Çox müzakirələrə səbəb olan bir sualdır və bir çoxumuzun, təəssüf ki, həkimlərimizin belə, professionallarımızın isə mütləq – çox böyük bir əksəriyyətinin yanlış cavabını bildiyi bir sualdır.
Biz düşünürük ki, “Damaq badamcığı əməliyyatı olarsa”, yəni “artıq ət” dediyimiz ki, artıq bir şey yoxdur bədənimizdə əslində, “damaq badamcıqları” və ya “tonzillər” deyirik ona elm olaraq, “onlar kəsilərsə, bizim səsimiz dəyişər…”
Mən bir dəfə bir məşhur bir müğənnimizin bu sualı ilə bağlı… Çünki çox izah elədim: “Elə deyil”, inandıra bilmədim. Ondan sonra çox ciddi bir ədəbiyyat axtarışına başladım və hətta ədəbiyyat axtarışı zamanı maraqlı bəzi mənbələr tapdım. Məsələn, ABŞ-da bəzi klinikaların “Müğənnilər üçün boğaz əti əməliyyatı” deyə reklamlar verdiklərini gördüm.
Nədir bu?
Tibb sübutlu bir elmdir. Dediyimiz hər bir sözün arxasında ciddi araşdırmalar var. Bunu oxuyub, öyrənib deyirik.
Aparılmış bütün araşdırmalar, bütün elmi işlər boğaz əti əməliyyatından sonra səsin tembrinin düzəlməsinin, yaxşılaşdırılmasının sübut olunduğunu göstərir. Amma hansı boğaz əti əməliyyatından sonra? Düzgün aparılmış boğaz əti əməliyyatından sonra.
Məsələn, insanlarımız çox sevir: “Lazerləmi kəsəcəksiniz boğazımızı?” Ümumiyətlə, lazerlə boğaz kəsilməz deyək. Amma müxtəlif termal, yəni isti alətlərlə əməliyyatı oluna bilir. Bu reklam olunan klinikalar nəyi reklam edirlər? Girib o linklərə baxan zaman gördüm ki, reklam elədikləri klasik – bizim illərlə istifadə elədiyimiz klassik boğaz əti əməliyyatını reklam edirlər. Ümumi anestezi altında, amma soyuq alətlərlə. Yəni bildiyimiz, yəni soyaraq ordan badamcığı çıxarmağı reklam edirlər, yəni klasik əməliyyatı.
Niyə bu reklam olur? Çünki damaq badamcığının yerləşdiyi anatomik strukturlar var, yer var, yəni ön və arxa qövsləri var, orada xüsusi əzələlər var, onlar qorunaraq, əgər əməliyyat icra olunarsa və yandırmadan, o yandıran, termal alətlərdən az istifadə edərək əməliyyatı ediriksə, o zaman əzələlərə verdiyimiz zərər azalır və bu zaman da əzələlərin işləyişində ciddi bir dəyişiklik olmadığına görə səsdə mənfi bir dəyişiklik olmur.
Amma nə olur? Araşdırmalar deyir ki, səsin tembri düzəlir. Niyə? Çünki bir – anatomik struktur dəyişmiş olur. Bir… İkincisi, daimi olaraq düşünün ki, kimi biz əməliyyat edirik? İl ərzində ən azı 4-5 dəfə ciddi bir angina anamnezi olan, yəni ki 39-40 dərəcəyə kimi temperaturu, boğazında ərp, oynaqlarda ağrı, halsızlıq… Yəni düşünün, bu vəziyyətdə çıxıb oxuyacaqsınız və ya başqa bir performans göstərəcəksiniz. Bu imkansızdır.
Və get-gedə, get-gedə, get-gedə… bu hal təkrarlandıqca bizim ümumi bədənimizə ciddi bir problem yaradır ki, bunu aradan qaldırmaq lazımdır. Bunun tək yolu əməliyyatdır.
Oxuyuruq deyə bunu eləməyəcəkyikmi? Yox.
Birincisi, hər şey bir tərəfə qoysaydıq, mən şəxsən, sağlamlığım mənim üçün hər şeydən önəmlidir. Bunu mütləq sağlamlığım üçün, əgər həkimlər məsləhət görsə elətdirərdim.
Digər tərəfdən, dediyim kimi, eyni zamanda aparılmış araşdırmalar da göstərir ki, səsim, onsuz da, düzələcək. Nəinki düzələcək, yaxşılaşacaq!
İnanmayanlar girib rahat surətdə, hal-hazırda Internet əsrində yaşayırıq, “Google”dan bir axtarış versələr, görəcəklər… Bir dənə belə boğaz əti əməliyyatının səsə mənfi təsiri haqqında araşdırma tapmamışam.
Bu çox önəmli bir məsələdir. Ölkəmizdə də bu cür xəstəlik, təəssüf ki, çoxdur. Həm coğrafi iqlimdən bağlıdır bu… Çoxdur bu cür, boğazında problem olan insanlar. Rahat surətdə əməliyyatlarını etdirə bilərlər. Özlərinə zülm eləməsinlər.
Yəni mən də əminliklə deyə bilərəm ki, boğaz əti əməliyyatından sonra səsin tembri yaxşılaşacaq. Yəni əməliyyat etdiyimiz müğənnilərimiz də var. Heç birindən ciddi bir problem görməmişik.