Səs həkimi səs problemlərinin müayinə və müalicəsi ilə məşğul olan qulaq, burun, boğaz həkimidir.
Əslinə qalanda “səs həkimi” deyə bir məfhum yoxdur. Bu sahəyə foneatriya deyilir və bu həkimlərə də foneatr deyirlər. Amma biz insanlarımız üçün daha rahat olsun deyə, daha rahat qəbul eləsinlər bunu, yəni “Səsin bir həkimi var!” fikrini qəbul eləmələri üçün “səs həkimi” ifadəsini istifadə eləməyə başlamışıq son 5 ildir və məqsədimizə də çatmışıq sanki.
Artıq insanlarımız əvvəl əgər bir neçə il öncə “səs həkimi” eşidəndə “Səs həkimi nədir?” hətta bəzən “Eşitmə ilə məşğul olur?” yəni “Zəif eşidənlərləmi məşqul olur?” deyirdilərsə, hal-hazırda bilirlər ki, “səs” var və “səsin həkimi” var.
Yəni hər bir orqanımızın, hər bir hərəkətimiz, hər bir funksiyamızın həkimi olduğu kimi, səsin də həkimi olmalıdır. Yəni biz qulaq, burun, boğaz və səs həkimləriyik. Səs həkimi budur.
Yəni, səs problemlərinin müayinə və müalicəsi ilə məşğul olan qulaq, burun, bogaz həkimlərinə səs həkimləri deyilir. Və ya başqa adla foneatr deyilir.
Larinqoloq, foniatr, səs həkimi
Xarici dövlətə baxsaq, larinqoloq da deyirlər. Larinqoloq doğru bir söz deyil. Çünki hərfi tərcüməsi “qırtlaqoloq” olur.
Amma, foniatriya isə böyük bir sahədir, yəni səs böyük bir sahədir. Səsin əmələ gəlməsi, səsin fizioloji funksiyaları… Ümumiyyətlə, səsin funfksiyaları çox genişdir. Ona görə də foniatriya demək daha doğru olur sahəyə və həkimə də foniatr demək daha doğru olur.
Azərbaycanda səs professionalları bilirlər foniatr kimdir. Amma tək səs profesionallarında səs problemləri olmadığı üçün, digər insanlarımızın da bunu daha rahat anlaması üçün “səs həkimi” ifadəsini işlətməyin tərəfdarıyıq.
Səs həkiminə nə qədər ehtiyac duyulur?
Bu suala cavab vermək üçün bir məsələyə baxmalıyıq: Səsimizlə bağlı nə qədər problem yaşaya bilərik?
Bir statistik məlumat var: Səs professionallarının, yəni səsini professional istifadə edən insanların, səsindən pul qazanan insanların 64 faizə qədəri ömründə bir dəfə də olsa, ciddi bir səs problemi yaşadığını bildiriblər. Amma səsini professional icra eləməyən insanlar isə təxminən 30 faizindən çoxu eyni fikri bildiriblər. Yəni bizim hər birimiz, peşəmizdən asılı olmadan potensial səs xəstəsi ola bilərik.
İşi səslə əlaqəli olmayan insanlar… Tutaq ki, inşaatda işləyən bir fəhlə və ya bir təqaüdçü ya da bir məktəbli… Futbola gedib, futbolda həyacanlanıb qışqırıb, anidən səsi bata bilər. Yəni bir səs həkiminə getmə ehtiyacı ola bilər.
Yəni hər bir insan potensial səs xəstəsidir. Çünki bizi səhərdən axşama kimi səsimizdən istifadə edirik. Ona görə də səs həkiminə ehtiyac böyükdür.