Sizdən gələn suallara cavablar – birinci hissə

sizden-gelen-suallara-cavablar-1

Bu zamana kimi bizim özümüzün fikrimizdə olan suallarla əlaqəli olaraq sizlərə müəyyən videolar çəkib paylaşmağa çalışdıq. Əvvəlki mövzularımızı davam etdirəcəyik, amma sizdən də bəzi suallar almışıq və bu gündən etibarən bu suallar haqqında da konkret cavablarla videolar paylaşmağa çalışacağıq. 

Qripdən sonra səs tonunun dəyişməsi mümkündürmü? 

Birinci sualınız qripdən sonra səs tonunun dəyişməsi mümkündür? 

Əlbəttə, mümkündür. Qrip və ya hər hansı bir kəskin respirator xəstəlikdən sonra, yəni yuxarı tənəffüs yollarımızda olan xəstəlikdən sonra bizim səsimiz dəyişilir. 

Bu həm burnumuzla bağlı ola bilər, həm səs büküşlərimizlə bağlı ola bilər, qırtlağımızla… 

Yəni burnumuz tutulur, səsimizin tonu dəyişilir və ya qırtlağımızda, səs tellərimizdə ödem olur, buna uyğun olaraq da səsimiz xırıldayır. 

Belə bir problem oldumu susmağımız lazımdır. Bir neçə gün və gözləməyimiz lazımdır. Inşallah, tezliklə həll olar. Çünki burada edəcəyimiz hər hansı bir yanlış gələcəkdə çox ciddi bir problemə gətirib çıxara bilər.

Stress, travma sonrası ani səs batması nəyə bağlıdır?

Növbəti sualımız: Stress, travma sonrası ani səs batması nəyə bağlıdır?

Əslinə qalanda bu sualın özündə cavab var. 

Həm stress, həm də travma ani səs batmasına gətirib çıxarda bilər. 

Hətta belə bir şey deyim: stressdən əlavə bizim müsbət və ya mənfi emosiyamız… Yəni çox güclü sevinə bilərik və ya çox güclü kədərlənə bilərik, hər 2 halda da səsimiz anidən bata bilər. Yəni anidən, tamamilə afoniya… Yəni belə danışa bilərik. Yəni tamamilə anlaşılmayan, eşidilməyən bir səsimiz ola bilər.

Bu psixoloji vəziyyətimizlə əlaqəlidir, bizim ruhi ağlımızla əlaqəlidir. 

Səsimiz bizim psixoloji vəziyyətimizlə, bizim ruh halımızla düz mütənasibdir. 

Həkimlə bir söhbət edə bilərsiniz, bir müayinə oluna bilər. “Biofeedback” dediyimiz bir üsulumuz var. Qırtlağımızı çəkib həkimimiz göstərə bilər ki, “Baxın səs tellərinizdə heç bir problem yoxdur, səsiniz rahat çıxır”. Müəyyən bir refleksləri yoxlayaraq həkim səsinizin, belə deyim, anidən də bərpa olmasına kömək edə bilər. 

Travma da bir stressfaktordur və bu səsimizin ani olaraq batmasına səbəb ola bilər.

Normal səsi bass və xırıltılı səsə çevirib, onunla danışmaq və ya oxumaq olarmı?

Növbəti sual: Normal səsi bas və xırıltılı səsə çevirib onunla danışmaq və ya oxumaq olarmı?

Olar, bəli. Amma məsləhətdirmi, bu sualdır. 

Biz, ümumiyyətlə, səsləri 3 yerə bölürük:

Modal səs 

Modal səs, hansı ki, bizim yetişkin insanların, yetkin kişi və qadınların olan səsi. Bunun əsas tezliyi 100-300 səs arası olur, adətən.

Falset səs 

Falset səs, hansı ki, daha çox uşaqlarda və mutasion dövrdə – cinsi yetişkinlik dövründə ortaya çıxan bir səsdir ki, burada əsas tezlik daha çox olur, 500 Hz-lərə kimi qalxa bilir və səs çox incə olur.

Vocal fry

Və bir də “vocal fry” dediyimiz bir səs var. Ən bass, belə deyək, ən qalın səs. Məsələn? bizim coğrafiyada olan insanlar Vısotskini tanıyırdılar, Vısotskinin səsi “vocal fry”a yaxın, hətta “vocal fry” deyə bilərik – bass səslərdən.

Biz səsimizi məşqlə dəyişə bilərik. Həm qalınlaşdıra bilərik, həm incəldə bilərik. Düzdür, “vocal fry”ı almaq… 30-75 Hz arası olan bir səsdir və bunu çıxartmaq çox çətin olur. 

Mən, məsələn, 78 Hz-dən aşağı səsimi sala bilməmişəm. Yəni ən maksimum sala biləcəyim səs 78 Hz olub. Amma uzun müddət məşq etsə idim, bunu hədəfləsə idim, eləmək mümkün idi. Amma bu mənim təbii səsim deyil və qeyri-təbii səslə danışmaq, yamsılamaq o qədər də doğru deyil, çünki bu da yenə səs tellərimizi, səs büküşlərimizi, qırtlağımızı işlədən əzələlərdə qalıcı mənfi dəyişiklərə səbəb ola bilər ki, sonradan öz səsimizlə də danışa bilmərik. Problem yaşaya bilərik. 

Amma hər hansı bir period üçün bunu istifadə ediriksə, məsələn, kinoya çəkilirik, belə bir səsə ehtiyacımız var, nə bilim o səslə oxuyacağıq, 1-2 mahnı eləyə bilərik bunu.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir