Sizdən gələn suallara cavablar – üçüncü hissə

sizden-gelen-suallara-cavablar3

Qulaq üstə yatanda qulağın tutulub, ayaq üstə gəzəndə açılmasının səbəbi nə ola bilər?

Mən sol qulağım üstə yatanda qulağım tutulur. Sonra durub ayaq üstə 10 dəqiqə gəzirəm, açılır. Bunun səbəbi nə ola bilər?

Bunun səbəbi böyük ehtimal burnunuzla bağlıdır, böyük ehtimal. Yəni bir burun müayinəsi olsa yaxşı olar, çünki bizim burunla qulağımızı arxadan “burunudlaq” dediyimiz, “gəniz” dediyimiz hissədən, yəni burunudlaqdan “yevstax borusu” dediyimiz bir boru vasitəsilə burun və qulağın arxası və burun hətta tamamilə əlaqələnir və bu bizim qulaq pərdəmizin hər iki tərəfdən: həm xaricdən, yəni xarici qulaq keçəcəyi tərəfindən, eyni zamanda burun içərisindən bərabər atmosfer təzyiqinə məruz qalması ilə qulaq pərdəmizin normal durması və normal bir səslər eşidən zaman ehtizaza gələrək bizim eşitməmizi təmin etməsinə səbəb olur.

Amma deyək ki, belə bir problem varsa, deyirsizsə əgər “Sol qulaq üstə yatıram”… 

Ola bilər ki, ümumiyyətlə yəni heç bir problem yoxdur. Amma burnunuzda hər hansı bir problem varsa, yəni həmin tərəf üstə yatan zaman, bizim burnumuz həmin tərəf daha çox, o burun balıq qulaqları dediyimiz orqanımız qanla dolur, bir az daha şişkinləşir və yevstax borusunun əgər girəcəyini, yəni burun tərəfdən girəcəyini bağlayarsa, bu zaman qulağımız bata bilər, amma durub gəzəndən sonra həmin o doluqanlılıq, belə deyək, azalır və qulağımızdakı o problem də aradan qalxa bilir.

Mənim bir neçə səsim var. Səsi standart bir formaya salmaq mümkündürmü? 

Səsi standart bir formaya salmaq mümkündürmü? Mənim bir neçə səsim var.

Çox maraqlı bir sualdır bu da.

Mənim bir neçə səsim ola bilməz. Mənim bir səsim var, əslində. Yəni mənim hal-hazırda danışdığım səsim mənim əsl səsimdir. Yəni bədənimə, fiziki göstəricilərimə uyğun bir səsimdir. Amma mən müxtəlif tonlarla danışa bilərəm, bəzən yamsılaya bilərəm, mutasion bir səsim qalıbsa, dəyişməyibsə, yaddaşımda saxlamışamsa, əzələ yaddaşımda durursa, onunla danışa bilərəm. Amma bu o demək deyil ki, bu səslərin hamısı mənim öz səslərimdir. 

Yəni mən bu cürə də danışa bilərəm, yəni səsim bu cürə də çıxa bilər. Amma heç də aydın olmaz. Yəni bu da mənim səsimdir, amma normal səs deyil, amma bu cür danışmağım lazımdır və bizim hər birimiz “hədəf səs deyilən” bir səs.. Yəni o səs ki, cingiltilidir normal, o səs ki, aydındır, o səs ki, daha təmizdir, qulağımıza daha rahat gəlir, dinləyən insanlar bizdən bezmirlər, belə deyim, səsimiz onların qulağına çox da belə qıcıqlandırıcı getmirsə, bu səs normal səsimizdir və bir səsimiz var, əslində.

Amma biz səsimizi məşq etdirərək müxtəlif səslər çıxara bilərik. Amma bu o demək deyil ki, bunun hamısı bizim səsimizdir. Çalışıb həmişə öz səsimizdən danışmağımız lazımdır. Çalışıb həmişə o “hədəf səs” dediyimiz səsimizlə danışmağımız lazımdır ki, bizi dinləyən insanlar bizim səsimizdən xoşlansınlar.

Tonzillit xəstəliyinin müalicəsi varmı?

Tonzillit xəstəliyinin müalicəsi varmı?

Çox maraqlı bir sualdır. “Tam müalicəsi varmı?” deyərdim? bəlkə də, bu sualı belə deyək qoyardım. 

Biz tonzilliti iki yerə bölürük, xroniki tonzillit olaraq, əlbəttə ki, kompensəedici tonzillit və dekompensəedici tonzillit. 

Yəni əgər bizim tonzillitimiz, yəni damaq badamcıqlarımızda olan problem ancaq onunla sərhədlidirsə, yəni problem ancaq boğazımızda olursa, bədənimizdə başqa bir problem yaratmırsa… Məsələn, bir çox ağırlaşmalar var: oynaqlarda ağırlaşma verə bilər, ürəkdə ağırlaşma verə bilər, revmatizmaya gətirə bilər, revmakarditə gətirib çıxara bilər və ya böyrəkdə problemlər ola bilər… Bu cür problemlərimiz yoxdursa, bu kompensəedici bir tonzillit deməkdir və tez-tez də angina olmuruq deməkdir.

Bəzən xəstələrimiz “Mən tez-tez angina oluram” deyir. Soruşursan “Yəni, necə olursan?” “Su içində boğazım ağrayır”. 

Bu angina deyil, əslində. “Su içəndə boğazım ağrayır” angina deyil. Angina, əsl angina, əsl damaq badamcığı iltihabı, yüksək temperaturla, boğazda şişkinlik, qızartı, ərp… Yəni bunlar varsa, bu angina deməkdir. Və il ərzində siz 4-5 dəfə bu cür xəstələnirsizsə, bu artıq cərrahi müalicəyə göstərişdir. Və eyni zamanda dediyim o ağırlaşmalar da varsa…

Yox, bunlar yoxdursa, ancaq “dondurma yeyirəm ağrıyır”, “su içəndə ağrayır”, nə bilim başqa bir hər hansı təsirdən “boğazım ağrayır” deyiriksə, bu, əməliyyata göstəriş deyil. Burada hər hansısa bir dəstəkləyici terapiya ilə, müalicə ilə siz damaq badamcıqlarınızı gücləndirə bilərsiniz, orada gedən prosesləri yaxşılaşdıra bilərsiniz və heç bir əməliyyata da ehtiyac ola bilməz. Yəni “tam müalicəsi” deməyim, “köməkçi müalicəsi” var, profilaktikası var. Amma əgər artıq o ciddi olaraq bədənə problem yaradırsa, burada yeganə müalicə üsulu cərrahi müalicədir. Yəni əməliyyat etmək lazımdır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir