Səs gigiyenası, bəlkə də, bir çoxumuzun ilk dəfə eşidəcəyimiz bir fikirdir. Amma unutmamağımız lazımdır ki, dişimizin, dırnaqlarımızın, dərimizin, saçımızın gigiyenası olduğu kimi, səsimizin də bir gigiyenası var. Səsimizi qorumağımız lazımdır.
Səs imicimizin 70 faizidir
Marka geyimləri geyinmiş, nə bilim, Bentley-dən düşən bir insan, hər hansı bir biznes mərkəzinin önündə və ya hər hansı bir hotelin önündə açarı orada duran köməkçiyə verən zaman çox incə bir səslə: “Al bu açarı, apar bu maşını park et” desə, bütün xarizması gedir. Burada xarizma qalmadı artıq demək olar ki…
Yəni, səs bizim imicimizin 70 faizidir. Belə bir fikir var. Mən bu fikirlə razıyam. Ona görə də səsimizi qorumağımız lazımdır, səsimizin gigiyenası ilə məşğul olmağımız lazımdır.
Səs gigiyenasına riayət etmək çox sadədir
Əslinə qalanda burada qeyri-adi bir məsələ yoxdur. Normal yuxumuz, istirahətimiz, içdiyimiz suyun miqdarı… Ki bu son zamanlar, hətta bu bir az da dəbə mindi. Artıq gündə 2 litr su, 1,5 litr su, artıq nə qədər lazımdırsa, amma az olmamalıdır bu.
“Saatbaşı bir stəkan su” qaydası var əslində. Yəni, bizim üçün, səsin daha rahat olması üçün. Çünki səs büküşlərimizin üzəri daim nəm olmalıdır.
Siqaret və alkoqol səsimizə çox ciddi mənfi təsir eləyən məsələlərdir. Bunlardan mütləq uzaq durmaq lazımdır.
Çox bağırıb qışqırmamağımız lazımdır.
Səsli-küylü yerlərdə çox danışmamağımız lazımdır.
Telefonla danışıq müddətini maksimum qısa tutmağımız lazımdır.
Məsələn, çox acılı, istiotlu – ədviyyatlı yeməklər… Reklyuks dediyimiz xəstəlik var, mədə turşuluğunun ta boğaza kimi qalxıb qırtlağın, səs büküşlərimizin üzərinə tökülməsi bir problemdir. Bu qastro-ezofageal reflyuks xəstəliyi ayrıdır. Bir də larinqo-faringeal reflyuks xəstəliyi var ki, artıq burada yemək borumuzun aşağı hissəsinə deyil, ən üst hissəsinə kimi gələrək qırtlağa tökülür turşu. Özü və ya qazı… Bu da səsi ciddi surətdə korlaya bilir. Bunun da yenə səbəbi olan, məsələn, qidalanma, həyat tərzi təsir edir ki, bunlara mütləq riayət etməyimiz lazımdır.
Və əsəblərimizi mümkün qədər, alınırsa qorumağımız lazımdır.
Səs gigiyenamız – normal yuxudan tutmuş, yediyimiz qidalara kimi, içdiyimiz içkilərə kimi, danışıq tərzimizə kimi… Hamısı təsir edir və bunlara ümumi olaraq riayət etsək, bunları qoruyacaq prinsiplərə riayət etməklə səs gigiyenasını icra etmiş oluruq və bununla da səsimizi qorumuş oluruq.
Paralel olaraq biz səs gigiyenası üçün müxtəlif tənəffüs hərəkətləri, müxtəlif səs hərəkətləri də edə bilərik və daim səs büküşlərimizi “zində” tuta bilərik.
Səsimiz daha gur olar, daha bəlağətli olar və daha cavan qalar.
Hal-hazırda bütün dünyada səsin cavanlaşması üçün çox ciddi prosedurlar icra olunur. Bunu biz heç onlara ehtiyac olmadan səsimizi qoruyaraq daha uzun, irəli yaşlarda – 60, 70, 80 yaşımızda belə daha gənc səsə malik ola bilərik.