Bu da valideynlərimizi maraqlandıran sualdır: “Burun əti və ya adenoid təkrar əmələ gələ bilərmi?” Bəli, gələ bilər. Çox kiçik bir faizlə də olsa əmələ gələ bilər.
Hansı uşaqlarda daha çox əmələ gəlir?
Bəzən biz məcbur qalırıq çox erkən yaşda əməliyyat edirik. Deyək ki, mənim ən aşağı yaş yadıma gələn xəstəm var ki, əməliyyat eləmişəm 1 yaş 8 ayında. Amma o uşağı da 1 yaş 8 aya kimi gətirib çıxarmışıq. Yəni o uşaq az qala 1 yaşından ciddi bir burun tutulmalarına məruz qalmışdı, adenoidi böyümüşdü və ciddi bir tənəffüs problemi var idi. Müəyyən bir yaşa kimi gətirib ondan sonra əməliyyat etmişdik.
Adenoid böyüyən toxumadır
Belə yaşda əməliyyat edən zaman adenoid sabit orqan olmadığı üçün… Yəni badamcığımız sabit orqandır, kəsdik çıxardıqmı artıq o yenidən əmələ gələ bilməz. “Qlandamız” və ya “damaq badamcığımız” və ya “boğaz əti” dediyimiz oraqnımız…
Amma adenoid “vegetasiyadır”, yəni böyümədir, böyüyür.
Limfoid toxuma böyüyür, biz onu kəsirik. Orada əgər deyək ki, allergiyamız varsa və ya çox tez-tez xəstələnirsə uşağımız, yəni oraya bir ciddi bir mənfi təsir edən bir faktorlar varsa, bu faktorların təsirindən o toxumalar yenə böyüyə bilər. Bəzən həddən artıq çox böyüyüb və o arxadan yenə “burun udlağımızı” bağlaya bilər. Biz onu təkrar əməliyyat edə bilərik.
Əməliyyat zamanı adenoid tam götürülməyibsə…
Yəni bu nadirən həkimin səhvi ola bilər, nadirən həkim tam götürməmiş ola bilər. Hal-hazırda biz əməliyyatları, demək olar ki, bütün həkimlərimiz görmənin nəzarəti ilə və ümumi anestezi altında edirdik və bu zaman orada nəyisə saxlamağımız imkansızdır. Və artıq termal bəzi alətlər də var ki, onlarla da icra edirik.
Yenə dediyim kimi orada hər hansı bir kiçik bir toxumanın qalması imkansızdır, tamamilə, təmizlənir. Amma hər hansı bir böyüməsi üçün münbit bir təsir, münbit bir şərait, faktorlar varsa da, təkrar böyüyə bilər və təkrar əməliyyat oluna bilər. Bəzən biz onu dərman vasitələri ilə müalicə edirik geri sorulur, müəyyən bir yaşdan sonra onsuz da, geri sorulur, amma bəzən də əməliyyat etməyə məcbur qalırıq.