Qulağımız birdən eşitməməyə başlasa?

qulagim-birden-kar-oldu

Bu sualın cavabını vermək üçün öncə bir misal verməyimiz lazımdır. Məsələn, hər hansı bir insan yatır tam normal, hər şey gözəl, hər iki qulaqla eşidir, heç bir problem yoxdur. Amma səhər erkən durur və baxır görür ki, qulağının biri eşitmir və qulağında yüngül bir küy var. Elə bil “çınlama” dediyimiz, küy dediyimiz bir səs var. Əgər belə bir problem varsa, bunu deyim ki, bir an öncə həkimə getməyimiz lazımdır. Niyə?

Niyə? Ani eşitmə itkisi dediyimiz bir problem ola bilər. 

Ani eşitmə itkisinin nədən olduğunu, yəni səbəbini biz bilmirik, təəssüf ki. Amma daha çox, məsələn, “herpes” tipli virusların təsirindən ola bilər, daxili qulaqda olan hər hansı bir problemdən ola bilər, qulağımızda bir problemimiz varsa, öncədən, onun kəskinləşməsindən ola bilər və ya tamamilə səbəbsiz də ola bilər.

İlk 48 saat çox vacibdir

Yatırıq, səhər dururuq və eşitmirik. 

Bir an öncə həkimə getməyimiz lazımdır. Niyə? Çünki ilk 48 saatımız, maksimum 3 sutkamız, amma bunun ilk 48 saatı daha önəmlidir. Çox önəmlidir. Çünki həkim müdaxiləsi ilə bu problem tamamilə həll ola bilər, tamamilə. Yəni heç olmamış kimi həll oluna bilər.

Amma biz geciksək, həkimə çox gec getsək, bu zaman da həmin “ani eşitmə itkisi” dediyimiz tamamilə eşitməmizin itdiyi bir proses ömürlük qala bilər. Ona görə də belə bir probleminiz varsa, məsələn, mən hal-hazırda danışıram hər iki qulağım eşidir, amma ola bilər ki, 10 saniyə sonra birdən birə qulağımın birinin eşitməsi tamamilə dayana bilər. 

Bir an öncə həkimə getməyimiz lazımdır. Bir an öncə eşitməmizi yoxlatmağımız lazımdır. “Audiometriya” deyilən bir müayinəni etməyimiz lazımdır və eşitmənin itib-itmədiyini dəqiqləşdirməyimiz lazımdır.

Ani eşitmə itkisi hər kəsin başına gələ bilər

Bəzən insanlarımız bunu bilmirlər, təəssüf ki, çox gec gedirlər həkimə. Çünki iki qulağımız olduğuna görə biz, məsələn deyək ki, sağ qulağımızda bu proses var telefonu o qulağımıza qoymayana kimi və ya sağ tərəfimizdən kiminsə danışığını eşitmədiyimizi anlamayana kimi bunu bilməyə bilərik və bu da dediyim kimi sonradan qalıcı bir problemlə nəticələnə bilər. 

Ona görə çalışıb, məsələn, telefonla danışan zaman bunu belə edə bilərik bir tövsiyə kimi, gah bir qulağımızla, gah o biri qulağımızla danışa bilərik. Çünki bu hər bir insanın başına gələ biləcək bir problemdir.

Amma belə bir problem varsa da, dediyim kimi ilk 2 sutka ərzində yaxşı olar ki, dərhal həkimə gedək. Audiometriyamızı olaq və həkimin verdiyi müalicə ki, burada daha çox hormonal preparatlar təyin olunur, bundan qorxmayaq və dərhal müalicəmizə başlayaq.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir