Baş ağrısı sinusitlə bağlı ola bilərmi?

bash-agrisi-sunusit-ile-elaqeli-ola-bilermi

Növbəti mövzu baş ağrısı sinusitlə bağlı ola bilərmi?

Baş ağrısının bir çox səbəbləri ola bilər, bəli, bunlardan biri də sinusitdir.

“Sinusit nədir, ümumiyyətlə” desək? 

Sinusit burunətrafı ciblər, sinuslar… “Sinus” sözü özü “cib” deməkdir, “mağara” deməkdir. “Burunətrafı ciblər” dediyimiz ciblərimiz var. Bu yanaqlarda var – “haymor cibləri” dediyimiz və ya “etmoidal ciblər” – gözümlə burun çəpəri arası, belə deyə bilərik təxmini. Alnımızda var. Bir az geridə “əsas cib” dediyimiz ciblər var… 

Yəni müxtəlif burunətrafı ciblərimiz var ki, bunların müxtəlif xəstəlikləri ola bilir. Adi iltihabi xəstəliklər ola bilər, daha çox buna el arasında biz “qaymorit” kimi adlandırırıq. 

“Sinusit” son 10-15 ildə daha çox dilimizə oturub. Əslində biz bunu daha çox hər zaman “frontit” olanda da “qaymorit” deyirdik, “etmoidit” olanda da “qaymorit” deyirik. Yəni bu cür tanıyır insanlarımız. Yəni “sinusit” dediyimiz burunətrafı cibləri iltihabı.

Sinusitin əlamətləri

Baş ağrısına səbəb ola bilərmi? Ola bilər. 

Necə bilərik ki, həqiqətən də, baş ağrısına səbəb olan, yəni sinusitdir?

Birincisi, bizim sinusit olan zaman müəyyən bir əlamətlərimiz olur. Yəni burnumuz axır və burnumuzun axıntısının rəngi dəyişir. Sarı və ya yaşıl rəngdə, hətta bəzən qəhvəyi rəngdə də axıntı ola bilər. 

Burun axıntımızın rəngi dəyişir. Yəni normalda əgər bizim adi qrip oluruqsa, ağ rəngdə bir, bir az da qatılaşmış selik axırsa, sinusit olan zaman bunun rəngi dəyişir. Sinusit olan zaman sarı, yaşıl və ya qəhvəyi rəngdə axıntı ola bilər. Yəni ona görə də bizim artıq şübhələnməyimiz lazımdır. 

Başımızı aşağı əydikdə ağrı hiss ediriksə…

Deyək ki, burnumuz tutuldu, yüngülvari doluluq hissiyatı olur, ondan sonra başağrısı ola bilər.

Daha çox nə zaman olur?

Başımızı aşağı əyən zaman hiss edə bilirik bu ağrını. Əgər belə bir ağrı varsa, bu sinusitlə bağlıdır və nə edəcəyik? Həkimə gedəcəyik, müalicə edəcəyik.

Fərqli bir videoda bunun türkəçarə haqqında olan bir hissəsin də danışacam. 

Yəni sinusit varsa, sinusitdən şübhələniriksə, yaxşı olar ki, həkimə qədək, yaxşı olar ki, vaxtında diaqnostika olunaq. 

Sinusitin diaqnostikası

Vaxtına getsək, burnumuzun içərisinə baxaraq həkim diaqnoz qoyacaq. Amma bir az daha gec vaxtı getmiş olsaq, bu ta kompüter tomoqrafiya müayinəsinə kimi gedib çıxa bilər. Həm müəyyən bir xərc sərf eləyən, eyni zamanda az da olsa, bir şüalanmaya məruz qaldığımız bir müayinədir. 

Yaxşı olar ki, vaxtında gedək, vaxtında diaqnozumuz qoyulsun və müalicə olunaq. 

Yəni baş ağrılarının səbəblərindən biri də bu ola bilər. Amma paralel olaraq baxmağımız lazımdır.

Axıntı olmadan da başağrısı ola bilər

Bəzən axıntı olmadan da başımız ağrıya bilər. Deyək ki, polip var burnumuzda, burunətrafı ciblərimizdə… O burunətrafı ciblərin buruna açılan nahiyələrinin burun içində olan hər hansı bir proseslə bağlanması da ola bilər və bu zaman da yenə doluluq hissi və baş ağrısı ola bilər. 

Əlamətlər varsa, yaxşı olar ki, vaxtında həkimə gedib aşkara çıxartdıraq ki, yəni yüngül bir müayinə ilə, yüngül bir müalicə ilə bu işi sonlandırmış olaq.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir