Səsdən istifadə kateqoriyaları

sesden-istifade-kateqoriyalari

Səsdən istifadə dərəcəsinə görə müxtəlif fikirlər var, insanları bölürlər… 

Məsələn, bəzi alimlər deyir ki, “Bütün insanlar səs professionallarıdır. Çünki səsini gün ərzində istifadə edir, danışır”. Yəni “Bölməyin səs professionalı və ya qeyri-professional”. 

Amma amerikan alimləri səsdən istifadə edərək pul qazanma səviyyəsinə görə, belə desək, insanları 4 yerə bölürlər: elit səs istifadəçiləri, professional səs istifadəçiləri, peşə səs istifadəçiləri və sərbəst səs istifadəçiləri.

Elit səs istifadəçiləri

Kimdir elit səs istifadəçiləri? Bunlar o insanlardır ki, ən kiçik bir səs problemindən belə, zərrə qədər səsində problem olarsa belə, performansını icra edə bilməyəcək və belə deyək, pulunu qazana bilməyəcək insanlardır. Bunlara əlbəttə ki, başda müğənnilər, aktyorlar… Din xadimlərini də bu sahəyə cəlb edənlər var. 

Professional səs istifadəçiləri

Sonra professional səs istifadəçiləri var. Bunlar daha çox “call center” dediyimiz çağrı mərkəzi işçiləridir ki, onlar yüngül problem olarsa da, peşələrini icra edə bilərlər. 

Burada da yenə fərqli fikir var, bəziləri müəllimləri də bura daxil edirlər, yəni professional, səs professionalı deyirik. Mən şəxsən, müəllimlərin də bu sahədə olma fikri ilə razıyam. Yəni “call center” işçiləri ki, hansı ki, gün ərzində çox danışırlar, müəllimlər deyə bilərik. 

Peşə səs istifadəçiləri

Peşə səs istifadəçiləri, burada peşəsini bir az ağır problem olsa belə icra edə biləcək insanlardır. Deyək ki, həkimlər, vəkillər, hüquqşünaslar, polislər… Ta küçə satıcılarına kimi bu sahəyə daxildir. 

Barış Mançonun məşhur bir mahnısı var idi, yadınızdadırmı? – “Patates, biber, patlıcan”. Yəni küçədə qışqıraraq o satdığı tərəvəzləri elan edən və ya satdığı hər hansı bir əşyanı elan edən insanlar. Onlar belə peşə səsi istifadəçilərilərinə aiddirlər.

Sərbəst səs istifadəçiləri

Bir də sərbəst səs istifadəçiləri. Hansı ki, onlar səsində problem olsa da, olmasa da, rahat surətdə həyatlarını davam edə bilərlər, peşələrini də davam edə bilərlər. Buraya daha çox evdar xanımlar aiddir, daha çox təqaüdçülər, tələbələr, yəni bu insanları biz bu sahəyə aid edə bilirik. 

Ən çox səs problemi evdar xanımlarda müşahidə olunur

Bu cür bölgü də apara bilərik və ya ikinci bir bölgü də var ki, oxuyanlar və oxumayanlar. Yəni bu cür də bölə bilirik. Yəni daha çox elmi tədqiqatlarda istifadə olunur bu bölgülər. Niyə buna vurğu etmək istəyirəm, yəni, insanlar heç də düşünməsinlər ki, ancaq səs problemi müğənnidə ola bilər. 

Səs problemi, belə deyim, statistik olaraq Azərbaycanda ən çox səs problemi yaşayan insanlar evdar xanımlardır. Təəccüblü gəlir mənim özümə belə, bu statistikanı edən zaman təəccüblü olmuşdu. Amma təxminən 4 minə yaxın “səsimdə problem var” deyib, qapımızı döyüb içəri girən insanlar arasında apardığımız statistikada ən çox birinci yerdə evdar xanımlar, ikinci yerdə isə müğənnilərdir.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.