Uşaqlarda burun qanamaları

usaqlarda-burunda-qanaxma

Uşaqlarda burun qanamaları çox rast gəldiyimiz bir problemdir. Çox tez-tez olur ki… Məsələn, valideynlər müraciət edirlər. Bu hər yaşda ola bilər. Deyək ki, 1-2 yaşında uşaq da ola bilər, 15-16 yaşında yeniyetmə də ola bilər. Heç bir səbəbsiz bəzən… Deyirlər ki, “Durduğu yerdə qan gəldi” və ya “Uşaq qrip olmuşdu, qan gəldi” və ya “Uşaq yatdığı yerdə durduq baxdıq ki, bütün yatağı, balınc olsun, yorğan olsun hamısı qıpqırmızı qandır.”

Bunun səbəbi nədir?

Bunun bir çox səbəbləri var, əslində., Amma ən çox rast gəlinən səbəbi çox bəsit bir problemdir. Vaxtında üzə çıxarılarsa, vaxtında müayinə olunarsa, çox rahat da müalicə olunacaq bir problemdir. 

Nədir bu?

Ən bəsit səbəbi burun çəpərinin ön tərəfində, burnumuzun ön tərəfində, ta burun girəcəyinə yaxın olan hissəsində “Kiesselbach zonası” dediyimiz bir zona var – burada bir kapilyar kələf var. Burun selikli qişasının altında bir kapilyar kələf var. Belə desək, kapilyar damarlarla çox zəngindir və bəzi uşaqlarda deyək ki, allergiyası olan uşaqlarda – allergiklərdə və ya fərqli bir problemi olan uşaqlarda bu selikli qişanın atrofiyalaşması və ya nazikləşməsi səbəbilə həmin damar kələfi üzə çıxır və hər hansı bir mexaniki təsirdən və ya başqa bir təsirdən bunlar qanaya bilir. Deyək ki, bir kəskin respirator infeksiya zamanı, yəni zökəm zamanı burada bir təzyiq fərqindən bu damarlar partlaya bilər, damarlarda qanama ola bilər.

Və ya hər hansı bir uşaq əlini burnuna vura bilər, yatdığı yerdə balınca sürtə bilər, bundan qanaya bilər. 

Bu ancaq allergikdə olurmu? Yox.

Bəzən uşaqlar biz bilmirik burun çəpərindən bir travma alırlar. İməkləyir, gedir bir yerə dəyir… Nə bilim, tutub yeriyən zaman yıxılır, burnu dəyir, amma heç nə qanayır, nə göyərir, heç bir problemi olmur. Biz onu bilmirik və sonra böyüdükcə həmin hissədə o atrofiyalaşma nəticəsində damarlar üzə çıxır və elə bir problem olur.

Müraciət olunarsa, həkimə vaxtında aşkar edirik və buna həmin oradakı o yaranın sağalması üçün, həmin o selikli qişanın bərpa olması üçün xüsusi mazlar və yağ tərkibli damcılar istifadə edirik ki, bununla da tamamilə sağala bilər. Bu ən bəsitidir.

Amma bəzən gözdən qaçırmamağımız lazım olan problemlər də var. Təəssüf ki, ölkəmizdə müəyyən qan xəstəlikləri ilə zəngin olan bir zonalarımız var ki, bəzi insanlarımız… Bilirsiniz, məsələn, talassemiya çoxdur bizdə, hemofiliya çoxdur… Bəzi bu cür xəstəliklərdə də yenə problem ola bilər, qanama ola bilər. Ona görə də yaxşı olar ki, əgər bu qanaxma təkrarlanırsa, bir qulaq-burun-boğaz həkiminə getməklə bərabər, eyni zamanda bir qan anilizi də verilsin.

Məsələn, laxtalanma faktorları, bunlar yoxlanılsın. Ən bəsitindən bir “laxtalanma zamanı”na baxılsın, ondan sonra müdaxilə olunsun.

Bu uşaqlarda bəzən “yandırma” dediyimiz, yəni xüsusi dərman vasitəsi ilə həmin o nahiyəyə təsir də olunur. Yəni çox məcbur olmadıqca bunu etməməyimiz lazımdır. Yaxşı olar ki, biz bunu sağaldaq, nəinki, dərmanla yandıraq və ya deyək ki, bir elektrokoaqulyatorla buraya bir təsir edək… Hətta bəzən biz məcbur qalırıq daha irəli yaşlarda, hətta burada bir fərqli bir əməliyyat edirik, bəlkə, burun çəpəri əməliyyatı edirik. Soyuruq oranı və oradakı qidalanmanı pozuruq ki, belə qanaxmalar təkrarlanmasın.

Belə bir problem varsa, bir qulaq-burun-boğaz həkiminə mütləq müraciət etmək lazımdır. Mütləq bir qan analizi vermək lazımdır və ehtiyac varsa, bir hematoloqa da müraciət etmək lazımdır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir