Səs estetikası nədir?

ses-estetikasi-nedir

“Səs estetikası” bəlkə də, bir çox insanlarımızın ilk dəfə eşidəcəyi bir söz olacaq, ifadə olacaq, amma bu artıq bütün dünyada yayılmış bir ifadədir, bütün dünyada yayılmış bir məfhumdur, yayılmış bir işdir, fəaliyyətdir.

Biz necə ki, dərimizin cavan qalmasını istəyirik, necə ki, saçımızın gözəl olmasını istəyirik, o cürə də səsimizin gözəl olmasını istəyirik. Və bir ömür boyu səsdən gözəl istifadə etməyimiz lazımdır. Yəni səsimiz gözəl olmalıdır.

Səs estetikası son bir neçə on illikdə ABŞ-da, Avropada, Koreyada, Türkiyədə çox geniş istifadə olunan bir məsələdir.

Nə edirik? Hədəf nədir? Hədəf bir insanın bir ömür boyu səsini gözəl, məmnun şəkildə istifadə etməsidir. 

Səsimizi necə cavan saxlaya bilərik?

Bunu müxtəlif məşqlərlə də edə bilərik, gün ərzində. Necə ki, məsələn, bəzi insanlarımız yoqa ilə məşğul olur. Ta uşaq vaxtından biz səhər oyanırdıq nə görürdük? Ekranda səhər gimnastikası görürdük. Niyə? Bədənimiz, əzələlərimiz sağlam olsun. 

Ona görə də səs məşqləri var ki, biz səsimizi gözəl saxlaya bilərik, gur saxlaya bilərik.

Gözəl səs nə deməkdir?

Səsin gözəlliyini nə ilə biz ifadə edirik? 

Məsələn, mən bu cür də danışa bilərəm, bu da mənim səsimdir yəni. Qulaq asanlar hamısı “Görüm doktor nə deyir?” deyəcək.

Amma bir də bu cürə danışıram. Qışqırmıram, amma danışmalı olduğun səsim budur. Mənim hədəf səsimdir. Bu mənim bədənimə uyğun olan bir səsimdir. Bu mənim ətrafdakıların normal qəbul edəcəyi bir səsdir. Və bu səslə mən hal-hazırda 40 yaşdan bir az yuxarıyam, amma 60 yaşdan bir az yuxarı olanda da, Allah ömür versə, 70 yaşdan yuxarı olanda da, 80 yaşda da daha gur eşidiləcək… Nəvələrimlə qismət olarsa, danışan zaman onlar mənə daha rahat, yoxsa belə belə çıxmasın, bu səs yəni. Bu səs estetikası icra olunur.

Səsimiz niyə korlanır?

Biz yaşlandıqca necə ki, bədənimizdə olan əzələlərimiz yığılır atrofiyalaşır, o cürə də səs telimizdə olan əzələlər də yığılmağa başlayır. Və səs tellərimizdə olan əzələlər əgər dünənə kimi bu cürə dururlardırsa, artıq yavaş-yavaş aralanmağa başlayırlar. Və buna görə də bizim səsimizin tonu, tembri dəyişir, pisləşir.

Məsələn, mən Amerikada olanda çox təəccüblənmişdim, əməliyyata gələn xəstələrin bir çoxu 70 yaşdan yuxarı idi. Və onların içində bir çoxu hətta 80 yaş, 80-nin də üstündə idi. Və bunlar niyə gəlirlər? “Doktor, mənim səsimin tonu zəifləyibdir. Məni əməliyyat edin, səsimin tonu güclənsin, yaxşılaşsın.”  

Yəni səs estetik əməliyyatına gəlirdilər.

Səs estetik əməliyyatı nədir?

Səs telinə yüngül bir maddə vururuq biz və səs tellərini, həmin əzələləri bir az şişirdirik. Ondan sonra səsimiz daha gur çıxmağa başlayır. Yəni bunu icra edirlər.

Heç də əməliyyata ehtiyac olmaz, əgər biz vaxtında dediyim kimi, müəyyən məşqləri icra etsək, səsimizin üzərində işləsək, yemək-içməyimizə baxsaq ki, səsimizə birbaşa təsir edir. 

Bunları etsək səsimiz bir ömür boyu zində olar, gur olar, məlahətli olar və eşidənlər heç də qulağını belə tutmaz ki, “Vay-vay, yenə bu danışdı. Qaçım buradan, heç səsini eşitməyim.”

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.