Səs teli düyünləri: yaranma səbəbi, növləri və müalicəsi

ses-teli-duyunlerinin-mualicesi

Səs teli düyünləri başqa adla, yəni hərfi tərcümə eləsək, kitabdan, məsələn, köhnə rus kitablarından tərcümə edən zaman, sovet kitablarından “qışqıran uşaq düyünü” və ya “müğənni düyünü” kimi tərcümə olunur. Amma hal-hazırkı elmi ədəbiyyatda bu birbaşa tərcümədə, hərfi tərcümədə “səs teli düyünü” adlanır.

Səs teli düyünü uşaqlarda səs problemlərinin 40 faizə qədərinin səbəbidir. Uşaqlarda daha çox rast gəlinir və səsini professional olaraq istifadə eləyən insanlarda daha çox rast gəlinir. Və çox maraqlı bir statistika var: uşaqlarda daha çox oğlan uşaqlarında, böyüklərdə isə gənc xanımlarda daha çox rast gəlinir səs teli düyünlərinə.

Səs teli düyünləri necə yaranır?

Düyün səs telinin ön və orta üçdə birlərinin sərhədində əmələ gələn qarşılıqlı hər 2 səs büküşünün ortasında, yəni daha doğrusu membranoz hissə dediyimiz hissənin ortası və ya ön və orta üçdə birlərin sərhədində ki, həmin hissə ən çox vibrasiya uğrayan hissədir danışıq zamanı, ən çox istifadə olunan hissədir. Həmin hissənin sərt bir-birinə toxunması nəticəsində “səs teli döyənəyi” deyə bilərik – “mazol”. “Mazol”u daha çox insanlarımız tanıyır. “Səs teli mazolu” deyək. Bir-birinə sərt dəydiyindən həmin hissədə qalınlaşma olur. Bu qalınlaşma adətən simmetrik olur, yəni hər 2 səs büküşündə olur bu və səsdə problem əmələ gətirib çıxardır.

Biz müayinə edən zaman əgər tam qapanması lazımdırsa, səs büküşünün ön üçdə ikisinin burada bir qum saatı şəkilli bir qapanma görürük. Yəni ortada bir-birilə qapanır səs telləri, dəyir bir-birinə ön və arxada açıqlıq yaranır. Və bu cür bir açıqlıq olduğuna görə səsdə ciddi bir xırıltı əmələ gəlir, səsdə ciddi bir batıqlıq əmələ gəlir.

Səs teli düyünlərinin növləri

Bu səs teli düyümlərini, ümumiyyətlə, 2 yerə bölürük biz: ödemli və bərk düyünlər. 

Ödemli düyünlərdə səs problemi daha az olur, daha tez aradan qaldırıla bilər. 

Amma bərk düyünlərdə problem ta əməliyyata kimi gətirib çıxara bilər. Cərrahi əhəmiyyət belə lazım ola bilər.

Səs professionallarında maraqlı bir situasiya var. 

Səs professionallarında düyün əmələ gəlməyə başlayan zaman onlar bass səsləri çıxartmaqda çətinlik çəkirlər və yorulurlar. Və bundan fikirləşə bilərlər ki, bir professional əgər belə bir problemlə qarşılaşırsa, artıq səs telində, səs büküşündə düyün əmələ gəlmə prosesinin başlaması haqqında düşünə bilər.

Səs teli düyünlərinin müalicəsi

Müalicəsinə gəlsək, çox qısaca deyə bilərəm ki, səs teli düyünlərinin mütləq əksəriyyətinin müalicəsi səs terapiyası ilə olur. Yəni nə dərman müalicəsinə, ya hər hansı bir inqalyasion terapiyaya və ya başqa bir fizioterapevtik prosedura və ya cərrahi əməliyyata ehtiyacı olmadan səs terapiyası ilə, yəni səsdən doğru istifadənin öyrədilməsi ilə və bu cür səsi istifadə etməklə səs teli düyünləri tamamilə müalicə oluna bilər, bu problem aradan qalxa bilər.

Çox nadir hallarda biz bunu artıq cərrahi əməliyyatla aradan qaldırmalı oluruq. O zaman ki, bu düyünlər çox uzun zamandır müalicə olunmamış, çox sərt düyünlər olarsa, bu zaman məcbur qalıb cərrahi əməliyyat edirik. 

Vaxtında müraciət olunarsa, vaxtında aşkara çıxarılarsa çox rahat, bir neçə prosedurla bir ay, ay yarım, bəzən 2 ay ərzində çox yüngül, gün ərzində bir neçə dəqiqə istifadə icra olunan prosedurlarla bu səs teli düyünlərini tamamilə müalicə eləmək mümkündür. Yəni düyünün müalicəsi, primer (birincili) müalicəsi, səs terapiyası və yanaşı olaraq mütləq səs gigiyenasına əməl etməkdir.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir