Səsin tembrini dəyişmək olurmu?

sesin-tembrini-deyismek-olurmu

Çoxumuzu maraqlandıran bir sualdır bu, əslində. Bəli, səslə istənilən cür manipulyasiya eləmək olar, səsi istənilən cür dəyişə bilərik. Səsin tembrini də dəyişə bilirik.

INTRO

Səsi həm qalınlaşdırmaq olar, həm incəltmək olar. Yəni hal-hazırda “Bunu necə edirik desəniz?” – həm əməlliyatla edə bilərik, həm xüsusi “səs terapiyası” adı verdiyimiz məşqlərlə edə bilərik. İstənilən cürə…

Səsin qalınlaşdırılması

Bu sual haqqında əslində daha geniş danışmaq istəyərəm, amma burada qısaca bir toxunacam. 

Məsələn, yeniyetmə dövründə səsi dəyişən oğlanlarımız var ki, bu övladlarımızın bəzilərinin səsi çox incə qalır. Məsələn, baxırsınız, görürsünüz ki, boy-buxun, falan yəni… Amma səs “bu cürə qalır, bu cürə danışır”. Yəni “mutasion falset” dediyimiz bir xəstəlikdir ki, yəni bunu rahat surətdə dəyişə bilərik. Səsi müəyyən bir məşqlərlə bir neçə həftə ərzində dəyişirik. Qalınlaşdırırıq və tam belə qalın bir səslə danışır bu insanımız.

Amma bəzən bunu vaxtında eləməyən zaman əməliyyata ehtiyac olur, əməliyyatla qalınlaşdırmaq olur.

Səsin incəldilməsi

İncəltmək də, bəli, incəldə bilərik. Əgər məsələn, müəyyən xanımlarımız var, səslərindən razı deyillər, daha çox səsinin tonu kişi səsi tonuna yaxındırsa, çox rahat surətdə onu da ilk olaraq məşqlərlə, məşqlərlə alınmazsa, o zaman da cərrahi müalicə ilə, cərrahi əməliyyat ilə “feminization” deyilir “feminizasiya” deyilir bu əməliyyatlara… Laringeal feminizasiya və ya “Voice feminization” – səsin daha çox “qadınlaşdırılması” – bələ deyək, “incəldilməsi” eləyə bilərik rahat surətdə.

Səsin cavanlaşdırılması

“Səsin incəldilməsi” və ya “qadınlaşdırılması”, yəni hərfi tərcümə eləsək, əməliyyatları var, geniş yayılıbdır, icra etməyimiz mümkündür. Və səsi dediyim kimi hər cürə manipulyasiya edə bilərik səsin gözəlləşməsinə. Bunu deyən zaman səsin daha çox “gözəlləşdirilməsi”, “cavanlaşdırılması” deyə bilərik. Bəli, bunu edə bilirik, yəni bu mümkündür.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir