Səs müayinəsi nədir?

ses-muayinesi-nedir

Başqa bir bloq yazımızda qırtlağın müayinəsi haqqında məlumat vermişdik. Qırtlaq necə müayinə olunur? Səs büküşləri necə müayinə olur? 

Amma tək qırtlaq müayinəsi ilə işimiz bitmir. Əgər biz tam təkmil bir səs xəstəliyi müayinəsi eləmək istəyiriksə, diaqnozunu qoyub, normal müalicə eləmək istəyiriksə, mütləq yanaşı olaraq səsin də müayinəsini eləməyimiz lazımdır.

Nədir səsin müayinəsi?

Səsin müayinəsi ilk olaraq qulaqla olur. Biz xəstə içəri girən zaman, bir salam verdikdə, 1-2 cümlə söz deyən kimi qulağımızla onu müayinə edirik. Bildirmədən. Artıq səsi eşidirik və ilkin müayinəni qulağımızla edirik. Və təxmin edirik bu xəstədə bu problemmi ola bilər və ya fərqli problemmi olar? Və sonra müayinə edərək, deyək ki, endoskopik bir müayinə elədik, bunu təsdiqlədik. 

Amma səsdə olan problemi də, bir də səsin özünün akustik parametrlərini yoxlayaraq… Çünki səs fiziki bir elementdir, bunun bir akustik parametrləri var. Onu yoxlayaraq mütləq bir bilgisayar proqramında, icra edib o yoxlamanı, müayinəni yazıb saxlamağımız lazımdır. Həm müalicədən öncə, həm də müalicədən sonra.

Bu həm görəcəyimiz işin yoxlanılması məqsədi ilə, yəni dəqiqləşdirilməsi… Verdiyimiz müalicə effektiv oldumu, olmadımı? Effekti yoxlamaq üçün. Eyni zamanda obyektivləşdirmək üçün önəmlidir.

Səs müayinəsi necə icra olunur?

Necə olunur səsin müayinəsi? Çox rahat surətdə…

Təxminən 20-30 santimetrdən saxlanılan bir mikrofonla müəyyən səslər icra olunur. Və xüsusi proqramlar hansı ki, səsin akustik parametrlərini müayinə eləmək üçün olan proqramlardır. O proqramlar səsi yazır, ondan sonra analiz edir, müəyyən rəqəmlər çıxır, müəyyən diaqramlar çıxır və biz burada səsdə olan problemi dəqiqləşdirmiş oluruq. 

Daha çox da professional səsdə bu önəmlidir. Hal-hazırdakı müasir tibb sübutlu tibbdir. Yəni bu sübutlu tibbin qaydalarına uymağımız üçün bunu eləməyimiz lazımdır. Çox gözəl olar, rahat olar…

Hətta hal-hazırda əlimizin altında olan telefonlarda belə artıq bəzi app-lər var ki, bunlarla belə bəsit bir səs müayinəsini icra eləməyimiz mümkündür.

Bəzi xəstələrdə həddən artıq lazım olur. Məsələn, “mutasyon falset” dediyimiz oğlan uşaqlarında səs dəyişmə problemi. Burada bir dəqiqləşdirməyimiz lazım olur, professional səsin dəyərləndirilməsində lazım olur. Yəni bunu mütləq icra eləməyimiz lazımdır. 

Çox rahat, bir səs klinikasında rutin olaraq icra olunan bir müayinədir. Səs, dediyim kimi yazılır və bəzi proqramlar həmən cavabı verir bizə, həmən analiz eləyib verir. Bəzi proqramlarda müxtəlif prosedurlar icra etməyimiz lazımdır, amma bu da tamamilə rahatdır… 

Yəni xəstədən istədiyimiz, məsələn, 6 saniyəlik bir “a” səsi icra etməsi və hər hansı bir mətni oxuması və bir 10-a kimi sayması… Və bununla da biz xəstənin səsində olan dəyişiklikləri yoxlaya bilirik, proqramla yaza bilirik. Yəni səsin müayinəsini edə bilirik.

Bundan başqa səs registerini də yoxlaya bilərik bu proqramlarla. Fonitoqram deyilən proqram var ki, bununla da səsin fonitoqramını icra edə bilərik. 

Yəni əlimizin altında olan müxtəlif proqramlarla bunları icra edirik. Və bu bizə dediyim kimi, həm obyektivləşdirmədə, həm də görəcəyimiz işin nəticəsini dəqiqləşdirmədə, yəni müqayisə etməkdə böyük bir imkan tanıyır.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir