Səs müayinəsindən danışan zaman biz əslində onu bölməyimiz lazım ola bilir.
“Səs xəstəliyinin müayinəsi” desək adını, daha gözəl olar.
Bir “qırtlağın müayinəsi” var. Yəni səs büküşlərimizin, səs tellərimizin yerləşdiyi qırtlağımızın müayinəsi var, harada ki, orada da qırtlağın içərisindədir səs tellərimiz…
Ümumi “səsin müayinəsi” var.
Eyni zamanda səsin formalaşmasında “rezonator orqanlar” dediyimiz orqanlar da var ki, bu orqanların da müayinəsini icra eləməyimiz lazımdır.
Yəni ümümi bir “qulaq-burun-boğaz müayinəsi”, ondan öncə ümümi bir “xəstəlik haqqında məlumat”, sonra “qırtlağın müayinəsi” və “səsin obyektiv müayinəsi”…
Qırtlağın müayinəsi haqqında danışmaq istəyirəm. Çünki qırtlaq bir az fərqli orqandır. Yəni necə fərqli orqandır? Gözümüzün önündə olan orqan deyil.
Qulaq pərdəsinə kimi olan xarici qulaq keçəcəyimiz, ondan sonra burnumuz və ya ağız hissəmiz, boğazımız göz önündədir…
Yəni necə göz önündədir?
Doktor rahat surətdə onları müayinə edə bilir, əlində olan hər hansı bir alətlə. Bu, adi bir alət də ola bilər və ya endoskopik bir alət də ola bilər. Amma qırtlaq fərqli olduğuna görə, boyunda bir az aşağıda yerləşdiyi üçün, bunun üçün daha xüsusi bir alətə ehtiyacımız ola bilir və müayinəsi o qədər də rahat olmur. Əgər çox da aşina deyiliksə, qırtlağı müayinə eləməyə.
Biz Manuel Qarsiaya təşəkkür eləmişdik, ispan nəğmə müəlliminə, hansı ki, ilk dəfə olaraq qırtlağı müayinə eləmişdi güzgü ilə. Amma biz hal-hazırda daha mükəmməl əlimizdə müayinə üsulları var, artıq endoskopik müayinə üsulları var. Yəni bele bir rigid bərk dəmirdən olan endoskoplarla müayinə edə bilirik xəstələrimizi.
Bəzən bundan da insanlar narahat olurlar: “Bu boğaza girəcək, tammı girəcək?”, “Necə olacaq, udacağammı?” falan deyə… Girmir tam. Yəni ki, müxtəlif endoskoplar vardır, müxtəlif ölçüdə olur. Amma 70 dərəcəli və ya 90 dərəcəli olan və təxminən 6-7 millilik. 9 da var, 12 də var, amma 7-9 daha idealdır, öyütmür bizi. Dilin üzərindən bir balaca, təxminən bir neçə santim daxil olduqdan sonra rahat sürətdə görə bilirik qıtlağı.
Və adi endoskoplarla da müayinə edə bilərik, “Fiber Optik Laringoskoplar” dediyimiz… Yəni bir çoxumuzun, özümüz və ya qohumlarımız müayinə ediblər, məsələn mədə müayinəsi olunubdur, mədə yemək borusu.. Endoskoplar görmüşük. İlk gördüyümüz endoskoplar zatən onlar idi. O cür, amma nazik, daha nazik. Təxminən 3 millimetr naziklikdə. Burundan keçərək qırtlağın üzərində durub müayinə edə biləcəyimiz, baxa biləcəyimiz belə endoskoplarımız var. Bunlarla baxa bilirik. Bunlar heç də narahatedici deyil. Daha kiçik uşaqlara da baxa bilirik, yenidoğulmuşlara da baxa bilərik. Bütün yaşlara baxırıq.
Bəzi insanlarda çox ciddi bir öyümə refleksi olur, o zaman bir az problem yaradır. Bu zaman da bir anesteziya eləməyə, yəni keyitməyə ehtiyac olur.
1 faiz xəstədə belə anesteziya etdiyimiz olmayıb. Yəni daha az… Anesteziyasız baxıb daha rahat müayinə eləyə bilirik. Adi endoskopla baxa bilərik. Amma ən qızıl qaydası, belə deyək qızıl qayda, ən belə mükəmməli bizim səs büküşlərimizin hərəkətini, üzərindəki epitelin hərəkətini daha gözəl göstərəcək, saniyədəki, yəni daha doğrusu saniyənin bəlli hissələrində olan hərəkəti rahat suətdə göstərən Larinqostroboskop dediyimiz alətlər var ki, bu artıq bir qırtlağın, bir səs büküşünün müayinəsinin qızıl qaydası sayılır.
Və bu Larinqostroboskoplarla müayinə etdiyin zaman rahat surətdə, ən kiçik millimetrik belə bir dəyişikliyə səs büküşünün üzərində görə bilirik. Amma Stroboskop da fərqli bir alət deyil. Yenə eyni endoskopla icra olunur, sadəcə olaraq bura taxılan işıq mənbəyi fərqli olur və fasiləli işıq verir ki, bununla rahat surətdə qırtlaqda olan hər hansı bir problemi görə bilərik vaxtında, üzərə də çıxara bilərik.
Yəni bizim əsas işimiz diaqnozu doğru qoyub, ondan sonra doğru müalicə təyin eləməkdir ki, rahat surətdə bunu icra edə bilərik. Yəni insanlarımız qorxmasın qırtlaq müayinəsindən, səs büküşü müayinəsindən.
Çox təəssüf ki, bu müayinədən qorxaraq çox gec həkimə gələn insanlarımız olub yəni, çox təəssüf. Kiçik bir əməliyyat və ya kiçik bir dərman müalicəsinin həll oluna biləcək probleminin ta qırtlağın çıxmasına kimi gedib çıxa bilər. Ona görə qorxmamaq lazımdır, vaxtında bir problemimiz varsa, həkimə getməmiz lazımdır.
Bu arada onu da deyim ki, əgər səsimiz batıbsa və səsdəki problem 6 gündən artıq öz-özünə keçmirsə, mütləq həkimə getməyimiz lazımdır. İdeal olan, əlbəttə ki, səhərisi gün həkimə getməkdir, amma “Bir səs profesionalı deyilik, səsdən çox da belə istifadə eləmirik”, 6 gündən çox səbr eləməməyimiz lazımdır. 6 gün bu artıq limitdir, maksimal limit. Həkimə getsək yaxşı olar. Həkimlər də sizi rahat surətdə müayinə edəcəkdir.
Hekim salam! Menim bogazimda problem var, Faringit! Men ankoloji problemden subhelenirdim! Getdim hekime video endeskop vasitəsilə baxib dedi Faringitdi ayri hecne yoxdu! Amma qirtlaqda sag terefde cuzi sis var hemde yanma hissləri olur! Xercengden subhelenirem! Ultra ses muayinesi teyin ede bilermi? İlkin mərhələdə??
Vüqar bəy, salam. İlk olaraq bildirim ki, verdiyiniz məlumat ətraflı deyil (şikayətləriniz, nə zamandan var, siqaret çəkirsizmi, yaşınız və s.), qərar verməyə çətinlik çəkirəm. Amma, əgər endoskopik müayinədə hər hansı bir problem tapılmayıbsa inşaallah ki, heç bir onkoloji problem yoxdur. USM etməyəehtiyaç yoxdur.