“Kəskin səs batıqlığı” deyə bir diaqnoz yoxdur, “kəskin laringit” diaqnozu var. Amma bununla insanlarımıza nəyi izah edə bilərik?
Məsələn, futbola getmişik, futbola baxırıq. Sevdiyimiz komanda bir qol vurdu və möhkəm qışqırdıq. Qışqırdıq, ani olaraq səsimiz batdı və ya həyəcanlandıq səsimiz batdı və ya nəbilim fərqli bir emosiyadan sonra səsimiz batdı. Nə etməyimiz lazımdır?
Bu elə bir məsələdir ki, biz əgər çox doğru bir yanaşma eləsək, bundan sonra həkimə getmədən belə o səsimizdə ani olaraq ortaya çıxan problem bir neçə gün ərzində tamamilə sorulub gedə bilər və normal səsə qayıda bilərik.
Bir yanlış eləsək, amma ta bir əməliyyata kimi girə bilərik. Yəni səs telimizdə, səs büküşlərimizin üzərində bir mikroskopik əməliyyat eləməyə belə ehtiyac ola bilər.
Nə edək?
Adətən, bu zaman səs büküşlərimizdə bir qansızma olur, bir qanama olur və səsimiz batır ona görə də. Eləcəyimiz iş susmaqdır. Susmaq. Yəni əgər ani olaraq qışqırdıq, həyəcanlandıq, emosiyamızı belə deyək göstərdik və səsimiz batdısa, susacağıq. Təxminən, 3-4 gün susacağıq tamamilə. Yəni, biz sərt səs dietası uyğulayacayıq və susacayıq.
Ondan sonra nə olur? Yavaş-yavaş səs büküşlərimiz işləmədikcə… Çünki danışan zaman çox qəliz bir mexanizmlə işləyirlər və bir-birlərinə bir saniyədə təxminən, ortalamada deyəcəyəm, 150-200 dəfə çırpılırlar. Bunu önləmək üçün susuruq və orada olan ödem, orada olan qanama, qansızma yavaş-yavaş sorulur və səsimizdəki problem tamamilə keçib gedir həkimə getmədən belə.
Bu arada bol su qəbul edə bilərik, bu arada bəzi həblər, yəni sorma tabletləri istifadə edə bilərik ki, həmin orada olan ödemin götürülməsinə də kömək edir. Amma maksimum 6 günə kimi keçməzsə, o zaman mütləq həkimə getməyimiz lazımdır. Yəni bunu hər halda, bu sözü bir-bir çox videolarımızda, bir çox söhbətlərimizdə təkrar eləmiş olacağıq. Çünki bu, bir qızıl qaydadır.
Gözəl olar ki, könül istər ki, həmən həkimə gedək, həkim həmən bir müayinə eləsin. Amma yox, yəni getmiriksə, susacağıq elə dediyim kimi, 3-4 gün gözləyəcəyik. Ya get-gedə yaxşılaşmağa doğru gedir səsimiz, arada bir yoxlayırıq… Hə, o zaman səbir eləyib, gözləyib sonra problem çözülməzsə, həkimə gedə bilərik.
Amma yox, bir ciddi bir səsimizdə olan problemdə proqres olarsa, o zaman artıq mütləq, bir an öncə həkimə getməliyik.
Bu dediyim daha çox normal, yəni səsindən normal “rutin” gün ərzində istifadə edən insanlar üçündür. Amma yox professional bir səs istifadəçisiyiksə, pulumuzu səsimizdən qazanırıqsa, bir an öncə həkimə getsək, daha yaxşı olar.
Yəni biz bu cür problemlər yaşamışıq, təəssüf ki. Hətta bəzən çox uzun müddətli bir müalicəyə tabe tutduğumuz pasientlərimiz olub. Yəni müğənnilər və ya fərqli bir səs professionalları, hansılar ki, məsələn, bir səs qanamasından sonra ən azı 1-2 ay baxır vəziyyətə, performans göstərməməlidirlər. Ona görə də daha vaxtında üstünə düşmək lazımdır.
Bəzən olur təəssüf ki, xəstələrimiz “Səsim batmışdı, getmədim”, “Açıldı, sonra bir də batdı”, “Sonra belə belə…” Və bir də görürsüz 7-8 aydan sonra həkimə gəlmiş olur. Və dediyim ki, əməliyyatla nəticələnə bilər. Çünki səs telində əmələ gələn xoşxassəli törəmələrin bəzilərinin səbəbləri də həmin bu ani səs itirmələridir.