Larinqofaringeal reflüks

larinqofaringeal-refluks-16x9

Larinqofaringeal reflüks çağımızın bəlalarından biridir. 

Əslinə qalanda biz çoxumuz qastro-ezofageal reklüks xəstəliyini tanıyırıq. Bu nədir? 

Yemək borumuzun 3 daralması var. Ən son daralma və eyni zamanda, mədəyə keçən hissəsində – o hissəsinin açıqlığı olur və gün ərzində mədə möhtəviyyatını, mədə şirəsi, ifraz olunan şirə, belə deyək, o aşağı sfinkterin, yəni ezofageal sfinkterin üzərinə qalxa bilər. Bunun gün ərzində müəyyən qədərə kimi, deyək ki, bəzi ədəbiyyat bunun 40 dəfəyə kimi… Bunu qastreontroloqlar daha yaxşı izah edirlər. Mənim sahəm olmadığına görə çox da orada dərinə girməyəcəyəm… Qalxması fizioloji sayılır. Amma artarsa artıq, 40-dan çox olarsa, bu bir xəstəliyə çevrilir. 

Larinqofaringeal reflüks nədir?

Amma bir də mədə şirəsinin özünün və ya qazının ən üst sfinkterə – yəni, yemək borusunun girəcək hissəsinə kimi qalxması ola bilər. Bir dəfə ora qalxması artıq patoloji haldır, xəstəlikdir. Buna təxminən 1990-cı ildə məşhur bir Kaufman deyilən bir alim larinqofaringeal reflüks termini gətirib tibbə və buna ad qoyub: “larinqofaringeal reflüks”. 

Çox müxtəlif adlarla tanınır xəstəlik. Amma hal-hazırda bütün dünyanın qəbul etdiyi larinqofaringeal reflüksdür. Mədə turşusunun özünün və ya qazının yemək borusunun ən üst hissəsinə kimi qalxaraq boğaza artıq atılmasıdır. 

Larinqofaringeal reflüksün əlamətləri

Boğazda neytrala yaxın qələvi mühit olmalıdır. Boğaz turşunu sevmir. Daim nəm olmalıdır. Turşu gələn zaman oradakı mühit də dəyişir, qurumağa başlayır və bizim bir çox şikayətlərimiz artır. Nə olur? 

Səsimizdə xırıltı əmələ gələ bilər, boğazımızda quruluq əmələ gələ bilər. Daimi olaraq “qlob hissiyyatı” dediyimiz, yad cisim hissiyatı olur. Bu insanlar daha çox boğaz təmizləmə ehtiyacı duyurlar. Tez-tez “ıhı.. ıhı..” deyə, bu cür hərəkətlər edirlər ki, bu da səs tellərinə həddən artıq ziyan verən hərəkətdir. 

Dediyim kimi, quruma ola bilər və gecə quru öskürək verə bilər. Tək gecə deyil, ümumiyyətlə, üfüqi vəziyyət alan zaman – uzandıqda quru öskürək olur. Yəni, bu cür şikayətlərlə çox müraciət edən xəstələr olur. 

Səbəbləri və müalicə yolları

Statistik olaraq təxminən Avropada əhalinin 36 faizi qastro-ezofageal reflüks xəstəliyindən əziyyət çəkir. Onların bir çoxunda larinqofaringeal reflüks da var. Səs preofessionallarında bu daha çox olur. Kimlər ki, rejimə riayət eləmirlər daha çox olur. 

Nə ilə bağlı olur daha çox? 

Bizim həyat tərzimizlə bağlıdır. Yediyimiz qidalardan, yatmağımızdan, əsəb sistemimizdən asılı olaraq bu problem üzə çıxa bilər. 

Müalicəsi üçün mütləq birinci həyat tərzimizi düzəltməyimiz lazımdır. Əgər çox, həddindən artıq mədənin turşuluğunu artırmağa meyilli qidalardan istifadə ediriksə, bnlardan uzaq durmağımız lazımdır. Əsəb sistemimizdə ciddi bir problem varsa, bunu mütləq aradan qaldırmağımız lazımdır. Yəni, həyat tərzimizi düzəltməyimiz lazımdır. Yəni, burada həyat tərzinin düzəldilməsi dərman müalicəsi ilə bərabər, paralel olaraq mütləq… Yəni, 50/50-dir deyə bilərik. 

Həyat tərzini dəyişmədən sağalmaq mümkün deyil

Əgər biz aylarla dərman içsək, bundan ötrü, amma həyat tərzimiz davam eləsə, məsələn, mən gün ərzində 3 dəfə acılı-istiotlu yemək yeyirəmsə, bu tərəfdən də dərman içirəm, bu heç zaman düzəlməz. Həm həyat tərzimizi düzəldəyəcəyik, həm də eyni zamanda dərman müalicəsi alırıq ki, larinqofaringeal reflüks aradan qalxsın. 

Çox təəssüf ki, hal-hazırda ta qırtlaq xərçənginə kimi qırtlaqda əmələ gələn bir çox problemin səbəbidir. 

Maarifləndirmənin rolu böyüküdür

İnsanlarımız artıq daha çox məlumatlıdırlar bu barədə. Biz də yazıb-cızıb danışmağa çalışmışıq bu barədə. 10 il əvvəl, məsələn, boğazında bir problemlə gələn insana bir mədə dərmanı yazan zaman və ya bir mədə həkiminə göndərən zaman təəccüblə qarşılayırdılarsa, artıq bu təəccüb faizi həddən artıq düşüb. Ona görə rahatıq əslində. Yəni, maarrifləndirmənin meyvəsini yeməyə başlamışıq, belə deyək. 

Amma insanlarımız bir az daha geniş məlumatlı olsalar, qida rasionuna fikir versələr, bol su qəbul etsələr, bu problemdən daha tez qurtula bilərlər, inşallah.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir