Səs inkişafı tamamlanmamış oğlanların səs sənətçisi olması

ses-inkisafi-tamamlanmamis-oglanlarin-mugenni-olmasi

Çox önəmli bir məsələdir. Mən hətta zamanla müxtəlif məşhur muğənnilərimiz, xanəndələrimizlə bu barədə çox söhbət eləmişəm.

Tək oğlan uşaqlarına aid deyil, əslində qız uşaqlarına da aiddir, amma oğlan uşaqlarında daha bariz görsəndiyinə görə mutasyon dövr dediyimiz bir dövr var. Yəni səsin uşaq səsindən yeniyetmə və böyük səsinə çevrilməsi.

Yəni bu hər insanda bir zamanda ola bilir. Bəzi insanlarda çox erkən başlayır, 13-14 yaşlarında ola bilər, bəzilərində çox gec başlayır. Və çox təəssüf ki, müayinə etdiyimiz, məsələn, Ali musiqi məktəblərinin, universitetin, konservatoriyanın və ya musiqi akademiyasının və ya incəsənət universitetinin fərq etməz… Və ya deyək ki, musiqi texnikumları olsun, tələbələrin içərisində səsi hələ tam formalaşmamış, amma artıq 2-ci, 3-cü kursda oxuyan tələbələr ilə rastlaşırıq.

17 yaşında bir oğlan uşağının şəxsən mən, uzun zamandır artıq 20 ilə yaxındır ki, səs problemlərini araşdıran professional olaraq bu məktəblərə girməsinin tamamilə əleyhinəyəm.

Demirəm, hamıya aiddir bu. Çünki bəzi insanlarda artıq oturmuş səs olur artıq, mutasyanın vaxtında keçirmiş səsi oturmuş yeniyetmələrimiz də var. Bunlara aid deyil sözümüz. 

Amma deyək ki, bir mutasyanın ortasında olan və ya səsi tam hələ dəyişməmiş, hətta mutasyaya girməmiş… Bəziləri dediyim kimi çox gec girirlər. Bir gəncimizin, amma çox gözəl bir səsi var, cox mükəmməl bir səsi var, o, mutasyon dövründən sonra işlənərsə, gözəl də bir müğənni ola bilər.

Amma bu gənc daxil olur ali təhsil müəssisəsinə, orada imtahanlarını verməlidir, mütləq performans göstərməlidir, oxumalıdır, amma qırtlaq hazır deyil həmin performans üçün.

Və nə olur?

Universiteti bitirəndə artıq o mükəmməl səs tamamilə sıradan çıxmış bir səsə çevrilir. Yəni məhv olmuş deməyək də, sıradan çıxmış bir səsə çevirir.

Mən necə baxıram bu insanlara? Bunlar bizim mədəni irsimizdir. Yəni ki, bu səs də bir xalqımızın nümayəndələrinə verilən xüsusi bir istedaddır. Və bunlar bizi nəinki ölkədə, ölkədən kənarda da təmsil eləməlidirlər, tanıtmalıdırlar. Amma bizim əlimizdən bu cür belə bir istedad çıxmış olur.

Ona görə əslində dünyada bir çox ölkələrdə, hətta keçmiş sovet ölkələri, Rusiya və digər ölkələrdə həkimdən bir arayışı olmayan, yəni səsinin artıq mutasyon dövrü keçmiş, akustik analiz ilə təsdiq olunmuş, bu artıq normal kişi səsi parametrinə malik səsi olan… Arayışı olmayan bir insanı imtahana belə qəbul eləmirlər. Yəni 1-ci təsdiq olunmalıdır ki, səs hazırdır, ondan sonra imtahana daxil olmalıdır. Çünki dediyim ki, bu, gələcəkdə hər hansı bir xüsusi istedadın tamamilə ortadan qalxmasına səbəb ola bilər.

Deyək ki, bu insan ancaq oxuma oxuyur, nəinki ölkəsini təmsil edir, eyni zamanda ailəsini saxlayır. Amma düşünün ki, o səs batdı, o səsdə hər hansı bir problem yarandı və insanın həyatını biz dəyişmiş oluruq. Yəni bu insan deyək ki, səsi ilə ailəsini saxlayacaqdırsa, bu zaman artıq fərqli ixtisasa getməli olur. Bu da həyatında bir çox problemlərin əmələ gəlməsinə səbəb ola bilir.

Çox istərdim ki, bu professional olaraq bu işlə məşğul olan insanlar səviyyəsində müzakirə olunardı. Çox gözəl olardı. Və bir qərar verilərdi.

Ola bilər ki, çox istedadlı bir gəncimizdir, fərqli bir sahəyə gedə bilər, oxuya bilər, müəyyən bir yaşdan sonra gəlib konservatoriyaya qəbul ola bilər. Yəni ki, bunu edə bilsək, daha gözəl olar. Həm ikili peşə qazanmış olar, həm də dediyim kimi səsini batırmamış olar.

Published
Categorized as Səs

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir