“Klinik Vokalogiya” kitabı

klinik-vokalogiya-kitab

Biz öz ixtisasımızı öyrənmək üçün, yenilikləri öyrənmək üçün daimi oxuyuruq. Yəni ki, heç də institutu qurtardıq, ixtisasın təlimini keçdik – bitmədi məsələ. Yəni bir ömür boyu oxumaq məcburiyyətindəyik və oxuyan zaman da doğru ədəbiyyatdan oxumağımız mütləqdir Düzdür, hal-hazırda artıq internetin inkişafı ilə istənilən bir sualı “Google”a yazıb həmən cavabını tapa bilirik, amma bir kağız kitabdan oxumaq daha fərqlidir, o kitabı hiss etmək daha fərqlidir.

Bir kitab göstərmək istəyirəm. Yeni bir kitabdır. “Klinik Vokalogiya” deyə (“Klinik Vokoloji”). İzmirdə olan çox yaxın bir dostumuz, mənim böyük qardaşım dəyə bilərəm rahat-rahat, İlter Denizoğlu hocamızın. Samballı bir kitab deyim. Təxminən 700 səhifənin üzərində olan bir kitab. 

Bu bir stolüstü kitabdır

İlk dəfədir ki, dünyada, demək olar ki, “klinik vokalogiya” termini bir kitabın üzərində işlənildi. Çox geniş olaraq… Mən heç bir kitabda, heç bir yerdə qırtlağın anatomiyasını bu cür oxumamışdım. Yəni çox geniş olaraq yazılıbdır qırtlağın anatomiyası, çox geniş, eyni zamanda xəstəlikləri.

Və klinik vokalogiya nədir?

Bunu həm səslə məşğul olan qulaq-burun-boğaz həkimləri, eyni zamanda səs professionalları oxuya bilər. Yəni bir müğənni oxuduğu, bir performans göstərdiyi zaman istifadə etdiyi “alətin” quruluşunu, necə işləyir, necə onun səsi çıxır, necə doğru səsi çıxartmalıdır, necə qorumalıdır öyrənmək istəyirsə, yəni mütləq bu kitabı oxuması, yəni biz hətta necə deyirik stolüstü kitabı şəklinə gəlməsi vacibdir. Yəni bunu mütləq oxusa, gözəl olar.

Oxunmalı, müzakirə olunmalı bir kitabdır

İlter Hocaya təşəkkür etmək istəyirəm. Eyni zaman da həm həkimlərimizə, həm də dediyim kimi səs profesionallarımıza bu kitabı mütləq əldə etmələrini, oxumalarını məsləhət görürəm. Çünki dilimizə daha yaxındır – Türkcədir, daha rahat oxuya bilirik. Düzdür, əlbəttə, terminlərdə müəyyən bir çətinlik ola bilər, amma çətinlik olarsa da, yəni bizə o zaman da müraciət edə bilərlər, orada bir yardımcı ola bilərik. Hətta oxuyub müzakirə olunmasını belə istəyərəm, bir dəyirmi masa ətrafında, çox vacibdir çünki bu şeylər.

Təəssüf ki, ölkəmizdə öz dilimizdə bu cür bir kitab yoxdur. Biz planlaşdırırıq, Allahın izni ilə bu yaxın zamanlarda, hər-halda birincisini, kiçik də olsa, birincisini çap etdirmək istəyirik. Ondan sonra yenə böyüdəcəyik, yəqin ki. Elə bir proyektimiz var. 

Amma bu gün bu yeni bir kitabı oxuyub oradan bir müəyyən bir məsələləri öyrənmələrini məsləhət görürəm.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir