Sinusitdə türkəçarənin rolu

sinusit-qaymorit-tebii-mualice

Bu əslinə qalanda çox maraqlı və hər birimizi maraqlandıran bir mövzudur. Yəni “türkəçarə” – belə deyək. Bəlkə də, həmkarlarım belə, bəziləri, yəni həddən artıq radikal olanlar, bəlkə, fərqli baxacaqlar bu dediklərimə. Amma türkəçarə olub, var və olacaq. Biz bundan qaça bilmərik.

Türkəçarə nədir?

Nədir türkəçarə? Azərbaycanın tanınan ilk həkimi doktor Nəriman idi, düzdürmü? Təxminən 100-120 il bundan öncə Nəriman Nərimanov. O vaxta kimi bəs kimi mualicə edirdi bizim insanlarımızı? 

Bizim insanlarımızı, həmin o türkəçarə və ya fərqli, belə deyim də, el arasında yayğın olan müalicə üsullarını edən insanlar – “el həkimləri”. “Ara həkimləri” deyirlər. Amma “ara həkimi” demirəm mən buna. Daha çox “el həkimi” deyək. Onlar müalicə edirdi. 

Onların varisləri varmı? İndiyə kimi də var. A Amma bu varislərin hamısı doğru iş görür? Təəssüf ki, xeyr. Çox az bir qismi doğru iş görür.

Türkəçarə istifadə oluna bilər. Nə edirik? “Azərbaycanda çox yayğın, hamımızın getdiyimiz sinusit olan zaman, müəyyən bir bölgə var, orada bir bəzi şəxslər var, onların yanına gedirik. Burnumuza bəzi otlardan hazırlanmış maddələr tökürlər və ondan sonra rahatlayırıq” deyirlər.

Türkəçarə necə təsir göstərir?

Nə olur? O otların tərkibində, həmin otlardan alınmış daha doğrusu dərmanın, hazırlanmış dərmanın tərkibində burnumuzun içində açıcı təsir edəcək bir maddələr var böyük ehtimal və onların təsirindən o burunətrafı ciblərimizin burun içərisinə açılan nahiyələri, o yollar, belə deyək, yəni açılır təsirdən və ondan sonra burnumuzda axıntı…

Eyni zamanda böyük ehtimal orada bir də o seliyin evakuasiyasına təsir edəcək yenə maddələr var. Yəni bütün dərmanlar heç də kimyəvi olmur ki, yəni ot tərkibli dərmanlar da var ki, ondan hazırlanır və onların təsirindən burnumuzun, burun ətrafı ciblərə toplanmış iltihab axır, onunla da rahatlamış ola bilirik.

Türkəçarədən istifadə oluna bilərmi?

Yəni yeri varmı? Var. Amma hər zaman da bununla müalicə edə bilərikmi? Xeyr.

Qiyabi olaraq bildiyim, tanıdığım, ölkənin az qala bir çoxunun bildiyi insan. Nə xoşuma gəlmişdi? Məsələn, bəzi xəstələr gəlib “Yanına getmişdik, doktor, bizə dərman vermədi”. “Bizim dərmanla sizin problem çözülməyəcək” dedi. Həkimdirmi? Onu da bilmirəm, düzünü desəm. Amma bilirəm ki, yəni bu dərmanı istifadə edir. Hətta Bakıda belə ondan istifadə edən həkimlərimiz belə var idi. Yəni bunun yeri var müalicədə, amma dediyim kimi heç də hər sinusiti müalicə edə bilməz. Bəzən ağırlaşmalara kimi gətirib çıxara bilər.

Yəni bəsit, yüngül bir sinusitdə, bəli, yanına gedə bilərik, istifadə edə bilərik o türkəcarəni. Bu tək sinusitdə deyil, başqa bir xəstəliklərdə də istifadə olunur müəyyən türkəçarə vasitələr. Bunu eləyə bilərik. Amma həkimin nəzarətində olsa, daha gözəl olar, əlbəttə ki.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.