Yayda burun-boğaz əməliyyatı edilə bilərmi?

yayda-burun-bogaz-emeliyyati-edile-bilermi

Bu sual insanlarımızı çox maraqlandıran və Qulaq-Burun-Boğaz həkimlərinə çox verilən bir sualdır, əslində. Daha çox da bizi nə maraqlandırır? – “Yay dönəmi, isti vaxtı əməliyyat eləmək olarmı?”, “Əməliyyatın fəsadı olarmı?”, “Qanaxma ola bilərmi?” Daha çox da qanaxma maraqlandırır insanlarımızı.

Bu sualın əslində qalanda bir çox maraqlı bir cavabı var. 

Əgər isti vaxtın kəskin bir əks göstərişi olsa idi belə çıxır ki, ekvatorda yaşayan insanlar, Afrikanın böyük bir qismində yaşayan insanlar əməliyyat olunmaq üçün mütləq şimal ölkələrinə getməli idilər və ya daha cənuba getməli idilər.

Tibbi cəhətdən əks-göstəriş yoxdur

Əslində belə bir problem yoxdur. Yəni tibbi cəhətdən ciddi bir problem yoxdur. 

Düzdür, məsələn yaz dönəmi daha çox deyirik biz bədəndə olan bəzi proseslər nəyi isə tətikləyə bilər, nə isə problem çıxara bilər ortaya, amma bunun heç bir problemi olmur. 

Qulaq-Burun-Boğaz əməliyyatları bir az qanlı ola bilən əməliyyatlardır. Daha çox da boğaz və adenoid – yəni burun-udlaq əməliyyatı, o “artıq ət” dediyimiz ki, artıq deyil əslinə qalanda… O ətin əməliyyatı zamanı qanaxma ola bilər. Yəni biz qanlı bir sahədə işləyirik əslində, amma bunun fəsilə heç bir dəxli yoxdur. 

Yay fəslində əməliyyatı niyə çox da məsləhət görmürük?

Sadəcə olaraq biz niyə yay dönəmində, şəxsən mən niyə çox da əməliyyat etməməyə çalışıram, çox da məsləhət görmürəm. Niyə? 

Çünki əməliyyatdan sonrakı dönəmdə biz heç olmasa xəstələri 1 həftə deyək ki, fərqi yoxdur burun çəpərimi əməliyyat elədik, boğaz ətimi elədik, burun ətimi elədik. Heç olmasa 1 həftə ev şəraitində olmalarını təklif edirik. Bunu məsləhət görürük.

Biri var havanın daha sərin vaxtı evdə oturursunuz, biri də var ki, yayın istisində evdə oturursunuz. Yəni heç də hər kəsin kondisioneri yoxdur və ya yayda həmin evdə həmin sərinlik yoxdur. Sırf bu məsələlərə baxaraq… 

“Evdə istidir, çölə çıxmaq istəyirəm” demirsinizsə…

Evinizdə şərait gözəldirsə, problem yoxdur. Yəni ki, sərin bir yerdə olacaqsınızsa, heç bir problem yoxdur. Amma yox isti olacaq, nə bilim, uşaqdır deyək ki, çıxıb çöldə oynamaq istəyir, bu dönəmdən istifadə etmək istəyir və bizdə onu evə tıxayırıq, yəni 1 həftəlik. Sırf buna görə bəli, o qədər də çox biz bunu məsləhət görmürük. Amma heç bir əks-göstəriş yoxdur. Yəni qəti əks-göstəriş yoxdur.

Məqsəd pasiyentlərin rahatlığını qorumaqdır

Yəni Qulaq-Burun-Boğaz əməliyyatlarının fəsildən asılılığı yoxdur. İstədiyiniz zaman əməliyyat edə bilərsiniz. Amma dediyim kimi biz bəzi əməliyyatları daha sərin vaxta olunmasının sadəcə məsləhət görürük rahatlıqdan ötrü. Çünki bizim elədiyimiz bütün işlər əslində qalanda insanlarımızın həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir və biz əməliyyatdan sonrakı dövrdə də bu həyat keyfiyyətinin çox da enməməsini istəyirik.

Ona görə yayda belə bir sərhədlənməni məsləhət görürük. Amma dediyim kimi qəti əks-göstəriş deyil. İstənilən vaxt əməliyyatınızı edə bilərsiniz.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.