“Müəllim xəstəliyi”

muellimlerde-sesin-batmasi

Əslində bunu səslə bağlı soruşurlar. Yəni “Müəllimlərdə olan bir səs xəstəliyi varmı?” və buna qısaca olaraq “müəllim xəstəliyi” deyirlər. 

Əslinə qalanda “müəllim xəstəliyi” deyilən bir məfhum yoxdur. Amma nə var? Müəllimlərdə çox tez-tez rast gəlinən səs xəstəlikləri var.

Bunlar daha çox nələrdir?

Əgər səsdən yanlış istifadə ediriksə, səsə çox güc veririksə, səsi çox yükləyiriksə, bu zaman bizim səsimizdə müxtəlif problemlər ortaya çıxa bilər. Bunların biri orqanik olan problem, səs büküşü düyünüdür, səs telləri düyünləridir. Yəni bunun haqqında ayrıca danışmışıq “səs teli düyünləri”. Yəni biri budur.

Müəllimlərdə səs teli düyünləri

Yəni nə olur?

Səs tellərimizin bir-birindən daha çox çarpışan səthində ön və orta üçdə birinin sərhəddində fibroz düyünlər (bərk düyünlər), belə desək, başqa cür “mazol” deyə bilərik. Məsələn, “səs teli mazolu”. Yəni bunu deyə bilərik. Yəni belə bir düyünlər əmələ gəlir və bu düyünlər əmələ gəldiyinə görə bizim səsimiz xırıldamağa başlayır. Səsdə bir disfoniya olur.

Niyə?

Çünki normalda səs tellərimiz çox rahat işləməlidir. Bu cür işləməklə bizim səsimiz çıxır, amma bu zaman orta xətdə, dediyim kimi orta 1/3-də bir-birinə toxunurlar və bu cür bir qapanma olur. Səsli bir tələffüslü, bir havalı bir səsi olur. Eyni zamanda səsdə bir problem ortaya çıxır. Bu, biri. 

Müəllimlərdə “səs halsızlığı”

Digəri isə funksional problem. Daha çox “hipotonus” dediyimiz bir problem. Məsələn, daha çox qadın müəllimlərimizdə ortaya çıxa bilən bir problemdir. (Düyün də qadın müəllimlərdə çox ortaya çıxır.) 

Bu zaman da biz, məsələn, səhər tezdən dururuq, səsimizin gücü normaldır, belə rahat danışırıq. Günortaya doğru artıq bir az səsimizin gücü düşür. Axşam heç danışmaq istəmirik. Yəni heç danışmaq istəmirik axşam. 

Yoruluruq, funksional olaraq hipotonus olur. Səs tellərimizi işlədən əzələlərimizin tonusu zəif olur və biz bu cürə də çox danışan zaman artıq səsimizi yormuş oluruq və dediyim kimi artıq “səsin halsızlığı olur”, belə desək. “Səs halsızlığı” ortaya çıxır. Ümumi olaraq “müəllim xəstəliyi” kimi adlandırırıq. 

Bu problemlər sırf müəllimlərdə olmur

Dediyim kimi: 1) daha çox düyünlər ola bilər və  2) bir də “hipotonus tip disfoniya” ola bilər ki, bunları ümumi biz “müəllim xəstəliyi” kimi tanıyırıq.

Məsələn, bir müəllimimiz zəng edir, deyir ki: “Mənim səsim tez-tez batır, yorulur, filan… Məndə müəllim xəstəliyi var.” 

Nə zaman biz bunu “müəllim xəstəliyi” kimi adlandıra bilərdik? O zaman ki, bu ancaq müəllimlərdə görsənərdi. Amma bu ancaq müəllimlərdə olmur. Hər kəsdə ola bilər düyün, hər kəsdə ola bilər hipotonus.

Məsələn, siqaret cəkən bir kişi müəllimimizdirsə, bunun səsində daha ciddi problemlər ortaya çıxa bilər. Buna görədə nə etmələri lazımdır müəllimlərimizin? Əslinə qalanda bu da mənim yaralı yerimdir… 

Müəllimlərə səsin düzgün istifadəsi öyrədilsə idi…

Kaş ki, bizim bütün pedaqoji universitetlərdə səs, nitq mədəniyyəti dərsi olardı. Doğru tənəffüs, diafraqmal tənəffüs öyrədilərdi, doğru səs icrası öyrədilərdi. Bunlar öyrənilərdisə, əslində… Çünki müəllimlərimiz bir səs professionallarıdır. Bir ömür boyu onlar səslərindən istifadə edərək əmək fəaliyyətini icra edirlər. Bu öyrədilsə idi və doğru olaraq səsdən istifadə olunsa idi bu problemlər ortaya çıxmazdı.

Yəni gec olsa da, bəzi müəllimlərimiz, 20 illik iş təcrübəsi olan müəllimlər belə gəlirlər və biz onlarla bir neçə həftə məşğul olandan sonra səslərindəki o problemlər də ortadan qalxır və nə deyirik? Bir ömür boyu, necə ki, əmək fəaliyyətinə davam edəcəksiniz, bu məşqləri mütləq etməniz lazımdır. 

Yəni fərq etməz ya bir müğənni, ya bir aktyor, ya bir müəllim.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir