Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?

ses-xesteliklerinde-mualice-usullari

Bütün digər sahələrdə olduğu kimi səs xəstəliklərində də, əsasən, 3 cür müalicə üsulu var. Bu, dərman müalicəsi və ya “konservativ müalicə” dediyimiz üsul, ikincisi, cərrahi üsul, cərrahi müalicə, əməliyyat və bir də sırf səs xəstəliklərinə aid olan “səs terapiyası” dediyimiz və ya “fonopedik məşqlər” dediyimiz xüsusi terapiya üsullarıdır.

Qısa-qısa toxunmaq istəyirəm. 

Dərman müalicəsi – adı üstündə bilirik, onsuz da, dərmanla müalicə edirik, yəni xəstəlikləri. 

Cərrahi müalicədə də müxtəlif cür əməliyyatlar edirik qırtlağın özündə və ya qırtlaqdan kənar. Bunlar haqqında ayrı-ayrı, sonra geniş danışarıq növbəti videolarımızda.

Bir də səs terapiyası… 

Səs terapiyası nədir? 

Səs terapiyası səsimizin normal vəziyyətdə çıxması üçün icra olunan xüsusi səs və tənəffüs məşqləridir. Yəni xüsusi məşqlərdən istifadə edərək səsi normallaşdırırıq. Hətta bəzi xəstəliklərdə ancaq səs terapiyasından istifadə edirik. Bəzi xəstəliklərdə kombinə terapiya edirik. Yəni, həm dərman müalicəsi, həm səs terapiyası və ya həm cərrahi müalicə, həm səs terapiyası.

Səs terapiyasından danışanda hər zaman məşhur Amerikan larinqoloqu, səs həkimi Raymond Frank, onun bir fikri yadıma düşür. Konqreslərdən birində geniş bir mühazirə oxuduqdan sonra ən son slaydda “Mənim nəticələrimin bu qədər gözəl olduğunu gördünüz, amma bunun səbəbi tək mən deyiləm. Mən 10 çox üst səviyyəli səs terapevti ilə bərabər çalışıram” dedi. Hər hansı bir əməliyyatda orqanda olan problemi aradan qaldırdıqdan sonra funksiyasını düzəltməyimiz lazım olur ki, bunun üçün səs terapiyası icra edirik. 

Yəni çoxşaxəli bir müalicə üsulları var və bunları ayrı-ayrı və ya bir yerdə icra edirik. “Səsdə hansı problemlər var?” sualına cavab verən zaman dedik, həm qırtlağa aid olur, həm qıraqdan kənar problemlər ola bilər ki, məsələn, ağ ciyərimizdə hər hansı bir problem ola bilər. Ağ ciyərdəki problemi aradan qaldırmağımız lazımdır ki, səsimiz yaxşı olsun.

Burun tənəffüsümüz normal olmaya bilər, burun tələffüsünü düzəltməyimiz lazım ola bilər ki, dərmanla və ya cərrahi olaraq səsimiz düzələ bilsin.

Yəni çoxşaxəli belə bir müalicə üsullarımız var ki, bunların hər hansı birini və ya bir yerdə istifadə edirik.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir