Bu ən aktual mövzudur, demək olar ki. Bizim Qulaq-Burun-Boğazın ən aktual mövzusu deyə bilərik. Nə qədər tibb inkişaf eləsə, bu problem tam çözülmür.
Adenoidlər
Uşaqlarda burun əti və ya “adenoid” dediyimiz, normalda adenoid vegetasiyasıdır… Burnumuzun arxasından “burun-udlaq” dediyimiz və ya “geniz” dediyimiz hissədə limfoid toxumanın böyüməsi nəticəsində bir orqan – “adenoid” ortaya çıxır və bu çox böyüyərsə, o yolumuzu burnumuzun arxasından burun udlağa açılan hava yoluna, artıq udlağa açılan nahiyəni tam qapadarsa, ciddi nəfəs problemi yaşaya bilərik.
Hər uşaqda olurmu bu? Olmur.
Bəzi kitablarımız 1-ci, 2-ci, 3-cü dərəcədə, bəzi kitablarımız 4 dərəcədə qiymətləndirir.
Əgər çox böyüyürsə, çox tez-tez uşaqları xəstələndirirsə ki, iltihablanaraq həm tənəffüs çatışmazlığına, yəni tənəffüs çətinliyinə, həm burun axıntısına səbəb ola bilir.
Adenoidlər qulaq iltihabına da səbəb ola bilir
Eyni zamanda qulaq iltihablarına səbəb ola bilir. Təkrarlanan qulaq iltihabı. Çünki burunla qulaq arasında olan bir yolumuz var ki, “Yevstax borusu” deyirik ona, o borunun buruna açılan hissəsini tıxaya bilir. Bundan da təkrarlanan burun infeksiyaları yaşaya bilirik.
Adenoid əməliyyatına nə vaxt qərar verilir?
Əgər belə bir problemimiz varsa və artıq 3-cü dərəcəyə gəlib çıxıbsa, yəni yarıdan daha çox olaraq arxa nahiyəni qapadıbsa və müalicəyə də tabe olmursa, bu zaman əməliyyat etməyimiz lazımdır. Əməliyyatdan qorxmamağımız lazımdır.
“Əməliyyatı nə zaman edək?” sualı ortaya çıxır.
Biz əməliyyatı istənilən yaşda eləyə bilərik. Məcbur qalanda 2 yaşda. Yaş yarımlıq uşaqda belə eləyirik, yəni. Çünki uşağın böyüməsinə ciddi surətdə təsir edir, uşağın normal böyüməsinə təsir edir, uşağın həyat keyfiyyətini pozursa, biz bunu burada mütləq əməliyyat eləməliyik.
Badamcıqların iltihabları – tonzillit, angina
Bir də boğaz əti dediyimiz – damaq badamcıqları var. Badamcıqlar da bəzən çox tez-tez iltihablana bilir, çox tez-tez kəskin tonzillit əmələ gəlir.
İl ərzində 4 dəfəyə kimi angina dediyimiz bir problem ortaya çıxırsa ki, burada: yüksək temperatur, böyümə və qızarma, üzərində ağ və ya sarımtıl ərplər ola bilər… Bunlar olursa, mütləq əməliyyat etməyimiz lazımdır.
Bəzən hiperplaziyası olur – çox böyüməsi ola bilir, tənəffüsü poza bilir. Bu zaman da biz məcbur qalıb əməliyyat edirik.
Yəni bu əməliyyatdan qorxmasınlar valideynlərimiz.
Düzdür, boğaz əti əməliyyatından maksimum qaçmağa çalışırıq, maksimum qorumağa çalışırıq, amma yox, əgər göstəriş varsa da, mütləq əməliyyat eləməyimiz lazımdır.