Səsin akademik səviyyədə öyrənilməsi

sesin akademik seviyyede oyrenilmesi

Səsin akademik olaraq öyrənilməsi, araşdırılması üçün çox ciddi səs laboratoriyalarına ehtiyacımız var. Yəni, müayinə üsullarına ehtiyacımız var, laboratoriyalara ehtiyacımız var. Yəni tək qırtlağı müayinə etməklə biz qərar verə bilmərik.

İspan nəğmə müəllimi Manuel Qarsiya

Çox maraqlı bir məsələ var… İlk dəfə qırtlağını, ilk dəfə səs tellərini, səs büküşlərini müayinə edən insan bir nəğmə müəllimi, musiqi pedaqoqu olub. Manuel Qarsiya adlı ispan bir nəğmə müəllimi. 

O zamanlar “auto müayinə”lər – yəni özü-özünü müayinə etmək prinsipləri yaranmışdı XIX əsirin ortalarında. Manuel Qarsiya da bir gün güzgüdən, qırtlağını, bəlkə də, çox adam müayinə etməyib, amma stomatoloji güzgü görmüşük, təxminən ona bənzər bir güzgüdən və adi lampadan və güzgüdən istifadə edərək… Güzgü önündə, həmin o kiçik güzgünü içəri – ağzının içərisinə salaraq qırtlağının üstünə tutub, oraya işıq verir və işıq əks olunur önündəki güzgüyə. Onunla ilk dəfə olaraq dünyada səs tellərini müayinə edir, öz səs büküşlərinə baxır. Çox maraqlı bir vəziyyətdir – səs büküşlərinin, qırtlağın müayinəsini ilk dəfə bir həkim deyil, bir nəğmə müəllimi icra edib. 

Müasir səs müayinə üsulları

Biz bu günə kimi də həmin güzgülərdən istifadə edirik müayinələrdə. Amma artıq hal-hazırda səs büküşlərinin hərəkətini izləmək üçün çox mükəmməl, qızıl standart dediyimiz larinqostroboskopiya kimi üsulları var. 

Amma tək bunlar yetərli deyil. Eyni zamanda səsin akustik parametrlərini müayinə etmək üçün də xüsusi kompüter proqramlarına ehtiyac var, laboratoriyalara ehtiyac var. Çünki tək səs deyil, eyni zamanda fonetikanı da araşdıra bilərik.

Ölkədə səsin akademik səviyyədə öyrənilməsində hansı əskikliklər mövcuddur?

Təəssüf ki, ölkəmizdə azdır bu cür laboratoriyalar. Bunlar inkişaf edərsə, çox gözəl elmi araşdırmalar aparmaq olar. Həm adi insanlarda, həm səs professionallarında olan problemləri ortaya çıxarmaq və düzgün müalicə üsullarını işləyib-hazırlamaq üçün çox gözəl tədqiqatlar aparmaq olar.

Bizim bir laboratoriyamız var qurduğumuz… Amma könül istərdi ki, bu laboratoriyadan bir neçəsi olsun və daha böyükləri olsun. Əlimizin altında daha mükəmməl alətlər olsun, daha mükəmməl proqramlar olsun. Bunun üçün ciddi işlər görmək lazımdır. 

Ümid edirəm ki, yaxın gələcəkdə, çox da uzaq olmayan gələcəkdə bu işləri edən elmi müəssisələr artacaq.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir