Səs teli kistləri bizim səs tellərimizin üzərində olan xoşxassəli törəmələrdən biridir.
Həddindən artıq çox rast gəlirikmi? Deyil. Yəni bir polip qədər və ya düyün qədər çox rast gəlmirik. Amma rastgəlmə tezliyi çoxdur. Bütün digər orqanlarımızın kistləri kimi belə deyək, xaricdən bir təbəqə ilə örtülü, içərisində də bir maye olan bir törəmələrdir.
Mən, adətən, bunu xəstələrimə anladan zaman yumurta misalı verirəm: “Yumurtanın iç qabığını düşünün və içində yumurtanı düşünün”. Bundan ibarətdir, yəni. Yumşaq təbəqə və içində də maye.
Səs teli kistlərinin əlamətləri
Kisti olan insanların, adətən, belə bir şikayəti olur: “Səsim bəzən çox yaxşı olur, bəzən çox pis olur.”
O içəridəki maye bəzən çox sorula bilər, kiçilə bilər, azala bilər, kist öz ölçüsünü kiçildə bilər, bəzən də iltihablana bilər, böyüyə bilər. O zaman da səsimiz pisləşə bilər. Yəni bu cürə bir səs, belə bir diaqramla işləyiriksə, səsimiz gah çox pisləşir, gah çox yaxşılaşırsa, kistdən şübhələnə bilərik və həkimə gedə bilərik.
Səs teli kistlərinin müalicəsi
Kistin yeganə müalicə üsulu əməliyyatdır. Yəni biz boğazımızda, səs telimizdə səs büküşü kisti diaqnozu qoyulubsa, bilməyimiz lazımdır ki, bunun yeganə tam müalicə üsulu əməliyyatdır..
Çünki həmin o gördüyümüz o təbəqə, o “yumurtanın qabığı” tamamilə oradan çıxarılmalıdır. Ən azından bir qlobus kimi düşünsək, ekvatordan kəsilib şimal qütbü və ya cənub qütbü oradan çıxarılmalıdır tamamilə. O zaman təkrarlanma ehtimalı olmur.
Kistlər təkrarlana bilərmi?
Çünki biz onu tam çıxartmasaq, deşsək – mayesini axıtsaq, əməliyyat edən zaman deşsək, tam çıxara bilməsək və ya həmin dediyim kimi, heç olmasa bir qütbü çıxara bilməsək, o zaman təkrarlanır, təəssüf ki.
Bunu da, bu sualın cavabını da demiş ola bilək: “Kistlər təkrarlana bilərmi?” Bəli, təkrarlana bilər, amma daha çox cərrahi problemli olaraq ortaya çıxa bilər.
Ona görə kist varsa bilməyimiz lazımdır ki, mütləq əməliyyat olunmağımız lazımdır.
Kist varsa, mütləq əməliyyat olunmalıdır?
Bəzən əməliyyat etmirik, çox kiçik kistlər olur, həkim nəzarətində oluruq. Bəzən səs professionalları, məsələn, bizim Azərbaycanda belə operamızda belə bizim pasiyentlərimiz var ki, professionalarımız, o kistlərlə oxuyurlar, daimi nəzarətimizdədirlər, müəyyən prosedurlar icra edirik və əməliyyat etmirik.
Amma dediyim kimi böyük bir əksəriyyəti əməliyyat olunur, müalicə də ancaq cərrahi əməliyyatladır, tam müalicə.