Uşaqlarda səs problemləri həddən artıq önəmli problemlərdən biridir.
Niyə?
Uşaqlarda rast gəlinən bəzi xəstəliklər var ki, o, uşaqların illərlə, adi deyil, cərrahi müalicəyə məruz qalmalarına səbəb olur. İllərlə!
Ona görə də uşağımızda hər hansı bir problem varsa, səsi deyək ki, xoşumuza gəlmir… Bu ta erkən yaşda da ola bilər. Məsələn, ağlayır uşaq boğuq səslə. Anadan olub, baxırıq boğuq bir səsi var. Mütləq bir müayinə etdirməyimiz lazımdır.
Məsələn, “anadangəlmə VEB” dediyimiz səs büküşlərində bir bitişmə ola bilir. Yəni anadangəlmə inkişaf qüsuru kimi sayılır bu.
Lorinqomalasia dediyimiz başqa bir xəstəlik ola bilər. Burada həm tənəffüsdə, həm səsdə problem ola bilər.
Amma uşaqlarda daha çox rast gəldiyimiz səs problemi “səs teli düyünləridir”. İlk dəfə müayinəmə gətirilən artıq danışan uşağı, nitqi olan bir uşağı müayinə edəndə, əgər səs tellərində bir düyün görürəmsə, düzünü desəm, sevinirəm. Niyə?
Çünki mən daha çox qırtlağa, daha ağır xəstəlikləri inkar eləmək üçün baxıram.
Məsələn, “qırtlaq papillomatozu” deyilən xəstəlik var ki, çox təəssüf ki, bu xəstələrlə biz bütün professional həyatımız boyu demək olar ki, qarşılaşırıq və hər hansı bir xəstəni bəzən 10, 20 il müalicə elədiyimiz zaman olur. Təəssüf ki, həddən artıq çox, 80-100 dəfə əməliyyat olmuş xəstələrimiz belə ola bilir.
Mən qorxutmaq istəmirəm valideynləri, bu nadir görünən bir xəstəlikdir… Amma uşağımızın səsində, tənəffüsündə bir problem varsa, mütləq qulaq-burun-boğaz həkiminə, yaxşı olar ki, səslə məşğul olan bir həkimə və ya bir mərkəzə aparıb orada qırtlağını müayinə etdirək.
2 günlük, 3 günlük uşağı belə müayinə edə bilmək üçün əlimizin altında alətlərimiz var, Allaha şükür. Hətta deyərdim ki, yaxın ölkələrdə, qonşu ölkələrdə olmayan alətlər belə ölkəmizdə var. Yəni böyük mərkəzlər çoxdur, mütləq müayinə etmək lazımdır, mütləq oradakı problemi vaxtında üzə çıxarıb müalicəyə tabe tutmaq lazımdır.
Bu xəstəliklərin çox böyük bir əksəriyyəti, hətta əməliyyatsız belə müalicə olunan xəstəliklərdir. Hətta bir çoxunda, bəzilərində biz dərman belə tətbiq eləmirik, dərman müalicəsi belə tətbiq eləmirik. Rahat sürətdə səs terapiyası ilə və ya fərqli bir prosedurla səsin düzəlməsini təmin edirik.
Amma “Daha ağır bir xəstəlik varmı/yoxmu?” bunu inkar etməyimiz mütləq lazımdır və bunun üçün də bir müayinə etməyimiz lazımdır. Yəni qorxmasınlar. 2 yaşında, 3 yaşında uşağı belə rahat sürətdə müayinə etməyimiz mümkündür. Bakıda və diğər böyük şəhərlərimizdə də artıq bu alətlər var. Rahat surətdə müayinə etdirə bilərlər və problemi vaxtında üzə çıxarıb, vaxtında müalicə etdirə bilərlər. Bu ən önəmli məsələdir.
Bir həkim olaraq mənim, məsələn, əsas vəzifəm hər hansı bir insanda olan problemi vaxtında üzə çıxartmaq və doğru diaqnoz qoymaq, sonra doğru müalicə tətbiq eləməkdir. Valideynlərin də əsas vəzifələrindən biri budur.
Çox yüngül prosedurlarla aradan qaldırılacaq bir problemi vaxtında həll etməyərək gələcəkdə daha böyük cərrahi əməliyyata kimi gedəcək bir problem yaşamamaq üçün. Uşağın haqqına girmiş oluruq… Vaxtında həkim müayinəsindən keçirsək, gözəl olar.
Cox təəssüf ki, bu xəstələr bəzən uzun müddət, başqa bir mütəxəssisə gedirlər… Heç bir həmkarıma qarşı mənfi bir fikrim yoxdur, amma məsələn, uzun bir müddət pediatra gedib-gələn xəstələr gördük. Və ya, məsələn, allerqoloqa…
10 il bundan öncə bir xəstə əməliyyat eləmişdim … 5 yaşına kimi “obstruktiv bronxit” deyə müalicə olunan bir xəstə. Amma məyər anadangəlmə böyük bir kistası varmış qırtlağında. Ona görə həm tənəffüsündə problem varmış və o kista əməliyyat olduqdan sonra tamamilə o problem aradan qalxdı. Amma 5 yaşa kimi heç qırtlağına baxılmamışdı, heç bir qulaq-burun-boğaz həkiminin müayinəsinə getməmişdi.
Amma artıq 10 il bundan öncəki zaman deyil, ölkəmiz də çox dəyişdi, səhiyyəmiz də çox dəyişdi. Vaxtında uyğun bir mütəxəssisə gedib, normal bir müayinə olunub, müalicə olunma imkanımız var ki, bu imkandan valideynlərimizin istifadə etməsini təmənni edirəm.