Səs problemləri hansılardır?

ses-problemleri-hansilardir

Səsdə bir çox problemlər əmələ gələ bilər. Biz bunu elm olaraq bölmüşük. Yəni funksional problemlər ola bilər, orqanik problemlər ola bilər və nevroloji problemlər ola bilər.

Funksional problemlər nələrdir?

Səs telinin özü, səs büküşünün özü, qırtlağın özündə heç bir problem yoxdur. Yəni hər hansı bir yeni törəmə yoxdur və ya fərqli… Yəni normal qırtlaqdır baxdığın zaman, amma funksiyasında problem var. Məsələn, hipotonus ola bilər.

Biz səhər yerimizdən dururuq, səsimiz normal çıxır. Günortaya doğru səsimizin tonu azalır, axşam heç danışmaq istəmirik artıq, yoruluruq. Yəni hipotonus olur. Yəni əzələlərin tonusu zəif olur.  Və hipertonus ola bilər… 

Və ya mutasion falset dediyimiz bir funksional problem ki, daha çox yeniyetmə dövründə olan oğlan uşaqlarında rast gəlinir. Daha incə bir səslə danışırlar.

Orqanik problemlər nələrdir?

Orqanik problemlər odur ki, adı üzərində – yəni orqanda hər hansı bir problem var artıq. Deyək ki, polipmi var, kistamı var, bəd və ya xoşxəssəli bir törəmə ola bilər və ya fərqli bir problem…

Nevroloji problemlər nələrdir?

Və bir də nevroloji problemlər olur ki, bu zaman da səs büküşlərimizi, qırtlağımızı işlədən sinirlərdə bir problem olur. Səs teli qırtlaq iflicləri… Bir və ya ikitərəfli ola bilir. Bu, səbəbsiz də ola bilər, müxtəlif səbəblərdən də ola bilər. Məsələn, bizdə ən çox yayılmış səbəblərdən biri, xalq arasında desək, “zob əməliyyatından”, qalxanabənzər vəzi əməlliyatlarından sonra olan ağırlaşmalardan birisi ola bilir. Yəni nevroloji bir qırtlaq iflici ortaya çıxa bilir. 

Qırtlağa aid olmayan səs problemləri

Amma qırtlağa aid olmayan səs problemləri də ola bilər.

Məsələn, elementar, burnumuzda bir problem olar, səsimiz zəif cixa bilər, fərqli çıxa bilər. Buna görə də biz hər zaman deyir ki, səs problemlərini müayinə eləyən, müalicə eləyən bir insan olmamalıdır, mütləq komanda şəklində müayinə, müalicə olunmalıdır. Və dəqiq bilməlidir nə etdiyini. Yəni həm problemi tanımalıdır, həm də müalicəsini bilməlidir. Sırf qırtlaqla bağlıdır, yoxsa başqa problemlə? Hətta məsələn, ədəbiyyatda rast gəldiyimiz… Elementar – ayaqqabı ayağımızı sıxarsa, səsimizdə problem ola bilər. Yəni ayaqqabımız normal olmazsa, səsimizin tonu dəyişə bilir. 

Qeyd etdiyim kimi, burunda problem ola bilər, ağciyərimizdə və ya fərqli bir orqanımızda problem ola bilər… Çünki birbaşa səsin çıxmasında iştirak edən orqanlar var və dolayı iştirak eləyənlər var ki, bunların hamısı ilə bağlı səsdə problem əmələ gələ bilər.

By Dr.Ramil Həşimli

Dosent, PhD, Qulaq-burun-boğaz və səs həkimi

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir