Çox maraqlı Səs əməliyyatı

Hər bir mikrocərrahi səs əməliyyatı sürprizlərlə dolu, həyəcanverici və nəticəsi sevindirici zərgər dəqiqliyi istəyən bir fəaliyyətdir. Sağ səs büküşü polipi kəsilməsi üçün gələn xəstəmizdə sol səs büküşündə sulcus vocalis, sulcus kisti və səs büküşləri arası veb aşkar olundu və hamısı aradan qaldırıldı. Əməliyyatın uğuru cərrahdan ciddi dəqiqlik, diqqət, incə cərrahi bacarıq tələb edir.

Lax Vox cihazı ilə səs terapiyası məşqi

Müasir dövrdə səs teli patologiyalarında konservativ müalicəsində dərman preparatları ilə yanaşı müəyyən səs terapiya metodları tətbiq olunur. Onlardan biri də Lax Vox səs terapiyası metodudur.  Bu haqda bir qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Lax Vox cihazı ilə terapiya metodu ilk dəfə Finlandiyalı nitq və səs terapisti Marketta Sihvo tərəfindən tətbiq olunmağa başlamışdır. Lax Vox terapiyası… Continue reading Lax Vox cihazı ilə səs terapiyası məşqi

Səs terapiyası

Bizim səs xəstəliklərində hal-hazırda ən çox icra etdiyimiz müalicə üsullarından biri səs terapiyasıdır. Bu haqda müxtəlif zamanlarda danışmışıq və haqlı olaraq da izləyicilərimizdən sual almışıq. Yəni “Danışdınız da, amma bunu göstərə bilərsinizmi?” Bunu göstərməyə çalışacağıq bu videoda.

Səs estetikası nədir?

“Səs estetikası” bəlkə də, bir çox insanlarımızın ilk dəfə eşidəcəyi bir söz olacaq, ifadə olacaq, amma bu artıq bütün dünyada yayılmış bir ifadədir, bütün dünyada yayılmış bir məfhumdur, yayılmış bir işdir, fəaliyyətdir. Biz necə ki, dərimizin cavan qalmasını istəyirik, necə ki, saçımızın gözəl olmasını istəyirik, o cürə də səsimizin gözəl olmasını istəyirik. Və bir ömür… Continue reading Səs estetikası nədir?

Səsin tembrini dəyişmək olurmu?

Çoxumuzu maraqlandıran bir sualdır bu, əslində. Bəli, səslə istənilən cür manipulyasiya eləmək olar, səsi istənilən cür dəyişə bilərik. Səsin tembrini də dəyişə bilirik. INTRO Səsi həm qalınlaşdırmaq olar, həm incəltmək olar. Yəni hal-hazırda “Bunu necə edirik desəniz?” – həm əməlliyatla edə bilərik, həm xüsusi “səs terapiyası” adı verdiyimiz məşqlərlə edə bilərik. İstənilən cürə… Səsin qalınlaşdırılması… Continue reading Səsin tembrini dəyişmək olurmu?

Səs terapiyası

Səs xəstəliklərinin müalicəsində istifadə elədiyimiz, çox rutin olaraq istifadə etdiyimiz əsas müalicə üsullarından birisi, həm profilaktik (yəni həm qoruyucu), həm də xəstəliklərin müalicəsi üçün istifadə etdiyimiz üsullardan birisi səs terapiyasıdır. Bunu müxtəlif ədəbiyyatlar, müxtəlif məktəblər müxtəlif cür adlandırırlar. Məsələn, keçmiş sovet məktəbində bu “fonopedik məşqlər” deyə adlanırdı. Amma ümumi olaraq bütün dünyada hal-hazırda daha çox… Continue reading Səs terapiyası

Səs teli düyünləri: yaranma səbəbi, növləri və müalicəsi

Səs teli düyünləri başqa adla, yəni hərfi tərcümə eləsək, kitabdan, məsələn, köhnə rus kitablarından tərcümə edən zaman, sovet kitablarından “qışqıran uşaq düyünü” və ya “müğənni düyünü” kimi tərcümə olunur. Amma hal-hazırkı elmi ədəbiyyatda bu birbaşa tərcümədə, hərfi tərcümədə “səs teli düyünü” adlanır. Səs teli düyünü uşaqlarda səs problemlərinin 40 faizə qədərinin səbəbidir. Uşaqlarda daha çox… Continue reading Səs teli düyünləri: yaranma səbəbi, növləri və müalicəsi

Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?

Bütün digər sahələrdə olduğu kimi səs xəstəliklərində də, əsasən, 3 cür müalicə üsulu var. Bu, dərman müalicəsi və ya “konservativ müalicə” dediyimiz üsul, ikincisi, cərrahi üsul, cərrahi müalicə, əməliyyat və bir də sırf səs xəstəliklərinə aid olan “səs terapiyası” dediyimiz və ya “fonopedik məşqlər” dediyimiz xüsusi terapiya üsullarıdır. Qısa-qısa toxunmaq istəyirəm.  Dərman müalicəsi – adı… Continue reading Səs xəstəliklərində hansı müalicə üsullarından istifadə olunur?