“Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!

“Kəskin səs batıqlığı” deyə bir diaqnoz yoxdur, “kəskin laringit” diaqnozu var. Amma bununla insanlarımıza nəyi izah edə bilərik? Məsələn, futbola getmişik, futbola baxırıq. Sevdiyimiz komanda bir qol vurdu və möhkəm qışqırdıq. Qışqırdıq, ani olaraq səsimiz batdı və ya həyəcanlandıq səsimiz batdı və ya nəbilim fərqli bir emosiyadan sonra səsimiz batdı. Nə etməyimiz lazımdır? Bu elə… Continue reading “Kəskin səs batıqlığı” – Səsimiz anidən batarsa?!

Qırtlaq müayinəsi

Səs müayinəsindən danışan zaman biz əslində onu bölməyimiz lazım ola bilir.  “Səs xəstəliyinin müayinəsi” desək adını, daha gözəl olar. Bir “qırtlağın müayinəsi” var. Yəni səs büküşlərimizin, səs tellərimizin yerləşdiyi qırtlağımızın müayinəsi var, harada ki, orada da qırtlağın içərisindədir səs tellərimiz… 

COVID19, onlayn dərs və səs problemləri

Artıq bir ildir COVID19 pandemiyasını yaşayırıq. Pandemiyanın həyatımıza gətirdiyi yeniliklərdən, biri də “online dərs” prosesidir. Əslində yenilik də deyildi, sadəcə pandemiya bunu oturtdu. Təəssüf ki, biz bir çox sahədə olduğu kimi onlayn dərs prosesinin hazırlanmasında da əksikliklərimiz oldu. Hazır olmadığımız üzə çıxdı və çox təəssüf ki, bir çox müəllimlərdə onlayn dərs prosesi başladıqdan sonra səsdə… Continue reading COVID19, onlayn dərs və səs problemləri

Səs problemləri hansılardır?

Səsdə bir çox problemlər əmələ gələ bilər. Biz bunu elm olaraq bölmüşük. Yəni funksional problemlər ola bilər, orqanik problemlər ola bilər və nevroloji problemlər ola bilər. Funksional problemlər nələrdir? Səs telinin özü, səs büküşünün özü, qırtlağın özündə heç bir problem yoxdur. Yəni hər hansı bir yeni törəmə yoxdur və ya fərqli… Yəni normal qırtlaqdır baxdığın… Continue reading Səs problemləri hansılardır?

Səs necə əmələ gəlir?

Səs, ümumiyətlə, fiziki bir məfhumdur. Səs bizim səs büküşlərimizin (“səs teli” deyirik amma səs teli deyil, səs büküşüdür. Çünki çoxqatlı bir orqandır səs büküşlərimiz) arasından çıxan havanın səs büküşlərimizin üzərində olan epiteli və ya selikli qişanı titrəyişlə bir-birinə vurması ilə əmələ gəlir.  Burada bir enerji çevrilməsi olur.  Ağciyərimizdən gələn hava, qırtlağımızda, yəni “hulqum” və ya… Continue reading Səs necə əmələ gəlir?

Səs həkimi kimdir?

Səs həkimi səs problemlərinin müayinə və müalicəsi ilə məşğul olan qulaq, burun, boğaz həkimidir. Əslinə qalanda “səs həkimi” deyə bir məfhum yoxdur. Bu sahəyə foneatriya deyilir və bu həkimlərə də foneatr deyirlər. Amma biz insanlarımız üçün daha rahat olsun deyə, daha rahat qəbul eləsinlər bunu, yəni “Səsin bir həkimi var!” fikrini qəbul eləmələri üçün “səs… Continue reading Səs həkimi kimdir?